29 Yanvar 2020 17:16
777
Mədəniyyət
A- A+

Malayziyanın nüfuzlu elmi-tədqiqat jurnalında aşıq sənətinə həsr olunmuş məqalə dərc edilib

 

Malayziyanın nüfuzlu elmi-tədqiqat nəşrlərindən olan "SARE” (Southeast Asian Review of English) jurnalının 56-cı cildinin 2-ci nömrəsində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənəti Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin professoru, elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən ingilis dilində qələmə alınmış məqalə "Sazım yardan ötrü fəryad edir” adlanır.

Məqalədə, əvvəlcə, Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra XIX əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən dərin ehtiram oxucuların diqqətinə çatdırılır. Müəlliflər Aşıq Bəstinin hələ XIX əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, oxuculara xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.

Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətəndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliğ olunmasına böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, bu gərgin əməyin nəticəsi kimi 2009-cu ildə aşıq sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb. Səfir qeyd edib ki, bu məqalə vasitəsilə malayziyalı sənətsevərlər və tədqiqatçılar Azərbaycanın əzəli torpaqlarından olan Kəlbəcərin tarixi qadın incəsənət ustadlarından Aşıq Bəsti barədə məlumat öyrənir, eyni zamanda, hazırda işğal altında olan torpaqlarımıza məxsus böyük mədəni irsimizlə tanış olmaq üçün əlavə mənbə imkanı qazanırlar.

Qeyd etmək istərdik ki, "SARE” jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin elmi nəşridir. Eyni zamanda, Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir.

 
AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video