29 Yanvar 2020 17:14
487
CƏMİYYƏT
A- A+

AmCham Azərbaycanın görüşündə “ASAN xidmət”in fəaliyyətindən danışılıb

 

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri üçün təşkil olunan növbəti görüşdə iştirak edib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyini sədri Ülvi Mehdiyev "ASAN xidmət”in yaradılması tarixi və məqsədləri, həyata keçirilən fəaliyyət və gələcək planlara dair iştirakçılara məlumat verib. Qeyd edilib ki, "ASAN xidmət” mərkəzlərinə olunan ümumi müraciətlərin sayı 36 milyondan çox təşkil edib ki, bu da təqribən 6 milyondan çox insanın müraciət etməsi deməkdir.

Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin müxtəlif sosial və innovativ layihələr, elektron hökumət quruculuğu sahəsində həyata keçirilən fəaliyyət və gələcək planlar diqqətə çatdırılıb.

Sonra iştirakçıların sualları və müraciətləri cavablandırılıb.

AmCham nümayəndələri bu görüşə və "ASAN xidmət” ilə biznes sektoru təmsilçiləri arasında yaradılan müzakirələrə görə razılıqlarını bildiriblər.

AmChamın 100-ə yaxın üzvünün və tərəfdaşının, o cümlədən diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video