29 Yanvar 2020 16:43
1150
İDMAN
A- A+

Rusiya nəşri Tofiq Bəhramovdan yazıb

 

Rusiyada çıxan "Sport ekspress” nəşrində Azərbaycan futbolunun əfsanəvi arbitri Tofiq Bəhramovun 95 illiyinə həsr olunmuş material dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda deyilir: "Yanvarın 29-da əfsanəvi sovet arbitri Tofiq Bəhramovun anadan olmasının 95 illiyi tamam olur. Tofiq Bəhramov öz karyerası ərzində keçmiş Sovet İttifaqı çempionatının və beynəlxalq turnirlərin matçlarında, o cümlədən 1970-ci il dünya çempionatının Braziliya ilə Uruqvay arasında keçirilən yarımfinal oyununda, habelə Qitələrarası Kubok uğrunda "İndependyente” ilə "Ayaks” arasında oyunda hakimlik edib.

Məqalədə daha sonra deyilir: "1966-cı il dünya çempionatının İngiltərə ilə AFR (4:2) arasında final oyunu Bəhramovun ən məşhur matçı olub. Arbitr bu oyunda isveçrəli Qottfrid Dinstin assistenti idi. Əlavə vaxtda, 101-ci dəqiqədə top Ceff Herstin zərbəsindən sonra dirəyə dəyərək yerə düşür və meydana dığırlanır. Dinst topun xətti keçdiyini görmədiyinə görə məsləhətləşmək üçün Bəhramovun yanına qaçır. Bəhramov əminliklə mərkəzi göstərir. İngilislərin həlledici topu hesaba alınır, 120-ci dəqiqədə isə Herst görüşün qəti hesabını müəyyən edir və dünya çempionatlarının finallarında birinci və hələlik yeganə het-trek müəllifi olur”.

Nəşr yazır ki, Tofiq Bəhramovun qərarının ədalətliliyi barədə hələ də mübahisə edirlər. 2016-cı ildə "Sky Sports” kanalı həmin məqamı kompüterdə canlandıraraq bu qənaətə gəlir ki, qol hər halda olub.

"Sport ekspress” nəşri sonda yazır: "Tofiq Bəhramov 1993-cü il 68 yaşında vəfat edib. Ölümündən sonra Azərbaycanın əsas stadionu əfsanəvi arbitrin adını daşımağa başlayıb”.
 
AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video