Alternative content

08:14 20 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır
Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:29 29.01.2020
 

Fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində məntəqə seçki komissiyalarının sədrləri və aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən treninqlər Bərdə rayonunda uğurla davam edir.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır. MSK-nın treninq qrupunun təqdim etdiyi cədvələ əsasən treninqlərə 93 saylı dairənin tərkibinə daxil olan 50 seçki məntəqəsindən 300 nəfər komissiya üzvü cəlb edilib. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən "Trenerlər üçün treninq” kursunda iştirak etmiş Müşfiq Əliyev və Dilsuz Nəcəfov aparırlar.

Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı "Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması" mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır. Treninq zamanı, həmçinin səsvermə proseslərinə dair praktiki tapşırıqlar da icra edilir.

Treninqlərdə bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM