29 Yanvar 2020 14:39
680
İQTİSADİYYAT
A- A+

SOCAR-ın Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında sonuncu planlı sınaq işləri həyata keçiriləcək

 

SOCAR-ın Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında sonuncu planlı sınaq işləri həyata keçiriləcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Maire Tecnimont” şirkətlər qrupunun sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsasən Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi və "SOCAR Polymer” layihələri haqqında fikir mübadiləsi aparılıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi prosesində "Maire Tecnimont” şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir. Modernləşdirilmənin bu hissəsi üzrə ilkin iş həcminin artıq 63 faizi yekunlaşıb. Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda "SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Bildirilib ki, hazırda "Maire Tecnimont”un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.

Qeyd olunub ki, SOCAR-ın rəhbərliyi Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış "SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə, optimallaşdırılmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə "Star” neft emalı zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək "SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernləşdirilməsində podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar.

Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də moderinizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur.

SOCAR-ın prezidenti R.Abdullayev vurğulayıb ki, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanıb.

Görüşdə, həmçinin başa çatmış "SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilib. Bildirilib ki, sınaq işləri SOCAR və "Maire Tecnimont” mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video