29 Yanvar 2020 14:32
563
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub

 

Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan modernləşdirmə işlərinin gedişi müzakirə edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev "Wood Group” şirkətlər qrupuna daxil olan "Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Heydər Əliyev adına neft emalı zavodunda görülən modernləşdirmə işlərinin gedişi müzakirə olunub, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı "Amec Foster Wheeler Italiana” şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan "SOCAR Foster Wheeler”in uğurlu fəaliyyətindən və yeni yaradılmış "SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılıb.

"Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru G.Zuccaro bildirib ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır SOCAR-la əməkdaşlıq edir. Hazırda "Wood Group”a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və "Wood Group” arasında Türkiyədə "Star” layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi prosesində davam etdirilir.

G.Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə edib.

Görüşdə, həmçinin "SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilib. Bildirilib ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılıb. "SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssiləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.

SOCAR-ın prezidenti R.Abdullayev qeyd edib ki, Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirilmə işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.

Xatırladaq ki, SOCAR və "Foster Wheeler” şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış "SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video