Alternative content

02:19 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp Yaxın Şərqdə münaqişənin nizamlanması barədə öz planını təqdim edib
Tramp Yaxın Şərqdə münaqişənin nizamlanması barədə öz planını təqdim edib
ANA SƏHİFƏ / DÜNYA
11:47 29.01.2020

ABŞ Prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair özünün çoxdan gözlənilən planını açıqlayıb. Plana görə Tramp tərəflərə İsrail və Fələstini iki ayrı dövlət, Şərqi Qüdsü isə Fələstinin paytaxtı kimi təqdim edir.

AZƏRTAC xəbər verir ki, Ağ evdə İsrailin Baş Naziri Binyamin Netanyahu ilə birgə çıxış edən Tramp özünün 80 səhifəlik planına gələcək Fələstin dövlətinin xəritəsinin ətraflı şəkildə izahının daxil edildiyini və bu planının artıq Netanyahu və İsrail müxalifətinin lideri Benni Qansla razılaşdırıldığını bildirib.

Tramp öz planını təqdim edərkən deyib: "Bu gün İsrail sülhə doğru böyük addım atır”. O, uzunsürən münaqişənin nizamlanma planını "real” adlandırıb.

Tramp bildirib ki, planın diqqətçəkən hissəsi Qüdsün İsrailin "bölünməyən paytaxtı” qismində qorunub saxlanmasıdır. Eləcə də 1967-ci ildə baş verən Altıgünlük müharibə nəticəsində İsrail Administrasiyasının nəzarəti altına keçən ərazilərdə Tel-Əvivin yəhudi yaşayış məskənlərinə tam nəzarəti də planda əsas məsələlərdəndir. Tramp fələstinlilərin tabeliyində olan ərazinin azı iki dəfə artacağını vurğulayıb.

Bununla yanaşı, plana müvafiq olaraq, gələcək Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə yerləşəcək və ona daha əvvəllər yəhudilərin məskən saldıqları İordan çayının Qərb sahillərinin hissələri veriləcək. Plan çərçivəsində İsrail danışıqlar aparılanadək yeni yaşayış yerlərinin tikilməsi üçün dördillik moratoriumla razılaşacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM