Alternative content

20:02 19 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətin və xalqın mənafeyini layiqincə təmin edən müstəqil siyasət
Dövlətin və xalqın mənafeyini layiqincə təmin edən müstəqil siyasət
ANA SƏHİFƏ / SİYASƏT
01:15 29.01.2020


İlham ƏLİYEV: "Milli maraqlarımız həmişə birinci yerdədir”


Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun sualına verdiyi cavab məlum həqiqətə yeni işıq saldı. Belə ki, həmin cavabı ilə dövlət başçısı Davosdan Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini bütün dünyaya bir daha bəyan etdi.


Öz yolu olmayan dövlət beynəlxalq nüfuzdan da məhrumdur


Hər bir dövlətin beynəlxalq nüfuzu onun yeritdiyi siyasətin məzmun və mahiyyətindən asılıdır. Aydın məsələdir ki, bütün ölkələr dünya birliyinin tamhüquqlu subyekti olaraq öz milli maraqlarına cavab verən müstəqil siyasət kursu yürütmək istəyir. Amma bugünkü dünya nizamında bütün dövlətlər buna nail ola bilmirlər. Çox uzağa getmədən elə Ermənistanın timsalında bunu görmək mümkündür.

Hakimiyyət dəyişikliyinə, iqtidara yeni siyasi qüvvənin gəlməsinə baxmayaraq, rəsmi Yerevan dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq müstəqil xarici siyasət keçirməkdən məhrumdur. Paşinyan hakimiyyətinin beynəlxalq məsələlərlə bağlı baxışları mütləq vassallığında olduqları dövlətlərlə bağlı olur və hansı addımlar atılması razılaşdırılır. Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktorlardır.

Başqa bir nüans isə Ermənistanın hətta daxili məsələlərdə də asılı vəziyyətdə olmasıdır. İqtisadiyyatının aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin tamamilə forpost statusu daşıdığını göstərir.

Ermənistan hakimiyyətinin daxili həyata hesablanmış addımları da xarici siyasi mərkəzlərlə dəqiqləşdirilir. Bu baxımdan özünün milli maraqlarını müstəqil şəkildə təmin edə bilməyən belə ölkələrin beynəlxalq münasibətlərdəki mövqeyi ayrı-ayrı dövlətlər və təşkilatlar üçün ümumiyyətlə maraqlı deyil. Ona görə də belə dövlətlər beynəlxalq nüfuzdan da məhrumdurlar.


Söz və nüfuz sahibi


Yuxarda qeyd edilənlərin kontekstindən yanaşaraq deyə bilərik ki, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz və nüfuz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini və dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Məsələn, bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Respublikamız həm də dünyanın əsas güc mərkəzləri ilə müstəqil siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Ordumuzun bölmələri dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir.

Zəngin təbii resurslara malik olan ölkəmizin enerji siyasəti bütün bölgənin inkişafına və rifahına xidmət edir. Bununla bərabər Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Digər tərəfdən respublikamız mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Rəsmi Bakı regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir.

Bu mənada hazırkı reallıqlar, Azərbaycanın qlobal miqyasda nail olduğu uğurlar ölkəmizin həyata keçirdiyi siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu gün Azərbaycanın istər ABŞ, istər Rusiya ilə sıx tərəfdaşlığa söykənən münasibətləri var. Rəsmi Bakı bu dövlətlərin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir.


Etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider


Azərbaycana olan yüksək ehtiramın başqa bir nümunəsi Prezident İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələrinin olmasıdır. Hər iki dövlətin rəhbəri Azərbaycan Prezidentini etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında daim yüksək rəy bildirib və onun fəaliyyətini və liderliyini təqdir ediblər.

Donald Tramp İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrikində yazır: "Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”. Rusiya liderinin isə cənab İlham Əliyevə doğum günü ilə bağlı təbrikində deyilir: "Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk”.

Bu təbriklərdə yer alan fikirlərin hər biri Prezident İlham Əliyevin dünyada qəbul olunan siyasətçi olmasının və bunun fonunda Azərbaycanın yüksək beynəlxalq nüfuzunun təsdiqidir.


Heç kimdən asılı deyilik


Beləliklə, "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına Prezident İlham Əliyevin "Bakıya” cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü bütün mahiyyəti ilə beynəlxalq ictimaiyyətə çatdırdı.

"Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir” deyən İlham Əliyevin cavabı Azərbaycanın tamamilə müstəqil siyasət kursu yürütdüyünü, bunun ilk növbədə dövlətin və xalqın maraqları üzərində qurulduğunu göstərir.

Bu gün dünya nizamı, beynəlxalq münasibətlərdəki situasiyalar elədir ki, hər bir dövlət nəinki müstəqil xarici siyasət yeritməyə, hətta öz maraqlarını qorumağa qadir olmalıdır. Azərbaycanın bugünkü inkişaf templəri, dünya birliyindəki yeri və nüfuzu, beynəlxalq münasibətlər sistemindəki mövqeyi ölkəmizin tam müstəqil xarici siyasət yeritdiyini, özünün milli maraqlarını uğurla qoruduğunu təsdiq edir. Bu mənada Prezident İlham Əliyevin Davos səfəri, keçirdiyi görüşlər və açıqlamaları Azərbaycanın həyata keçirdiyi müstəqil siyasəti, eləcə də bu siyasətin mahiyyətini və keyfiyyətini bütün dünyaya nümayiş etdirdi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM