Alternative content

20:21 19 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il qeyri-neft-qaz sektorunda
Ötən il qeyri-neft-qaz sektorunda
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 29.01.2020


ÜDM istehsalı 3,5, əhalinin gəlirləri 7,4 faiz artmışdır


Dövlət Statistika Komitəsi (DSK) ayrı-ayrı sahələr üzrə ötən ilin sosial-iqtisadi sahədəki yekunlarına aid məlumatları açıqlayandan sonra bütövlükdə 2019-cu ilin makroiqtisadi göstəricilərini əks etdirən hesabatı yayıb.

Bildirilir ki, keçən il ölkə üzrə 81,7 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə 2018-ci ildəkindən 2,2 faiz çoxdur. Hesabat dövründə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,5, neft-qaz sektorunda 0,4 faiz artmışdır.

ÜDM-in 41,4 faizi sənaye, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,3 faizi tikinti, 5,7 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 16,7 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,7 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 8247 manat əlavə dəyər düşmüşdür.

İl ərzində ölkə üzrə 46,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ildəkindən 1,8 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artmışdır. Sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir.

Mədənçıxarma sektoru üzrə neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı 27,7 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9, hazır metal məmulatlarının istehsalı 80, tütün məmulatlarının istehsalı 80,7, kompüter, elektron və optik məhsulların istehsalı 51,8, içki istehsalı 41,4, toxuculuq sənayesi məhsulları istehsalı 33,2, mebel istehsalı 29,5, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 27,5, rezin və plastik kütlə məmulatları istehsalı 22, kağız və karton istehsalı 25,5, kimya sənayesi məhsulları istehsalı 25,6, qida məhsulları istehsalı 10,8, əczaçılıq məhsulları istehsalı 20,6, poliqrafiya məhsulları istehsalı 42,2, geyim istehsalı 22,6, tikinti materialları istehsalı 5, maşın və avadanlıqların istehsalı 1 faiz artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 3,5 və 6 faiz.

DSK-nın hesabatına əsasən, ötən il ərzində əsas kapitala 17 milyard 184,3 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 66,3 faizi məhsul istehsalı və 25,8 faizi xidmət obyektlərinin, 7,9 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 69,8 faizi daxili sərmayələr olan bu vəsaitlərin 65,4 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Bütün bu vəsaitlər hesabına ötən dövr ərzində ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Pirallahı Sənaye Parkında Şpris istehsalı zavodu, həmin rayonda icra hakimiyyətinin inzibati binası, Rayon Gənclər Mərkəzi, ilk DOST mərkəzinin inzibati binası, 140 yerlik məktəbəqədər tədris müəssisəsi, 200 çarpayılıq xəstəxana, Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Sumqayıtda "SOCAR karbamid” və Polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmişdir. Bunlarla yanaşı, Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Xidmətləri Məkanı, eləcə də Naxçıvan MR-də 2220 şagirdlik 7 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 4 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq 3 xəstəxana, Şəkidə 624, İsmayıllıda 400, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 şagirdlik 3 ümumtəhsil məktəb binası, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə” xidmət mərkəzi, Biyan Sənaye Parkı, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan, Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Şamaxı rayonunda "ASAN həyat” kompleksi, Oğuzda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. obyektlərin açılışı olmuşdur.

Ümumiyyətlə, ötən il ölkə üzrə qeyri-neft-qaz sektorunun inkişafına 11 milyard 694,8 milyon manat vəsait xərclənmiş və həmin vəsaitin 3 milyard 139,2 milyon manatından (ümumi sərmayənin 18,3 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 5 milyard 188,9 milyon manat xarici kapital da yönəldilmişdir.

Dövlət Statistika Komitəsi ötən ilin yanvar-noyabr ayları üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda bu dövr orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 623,1 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ keçən il 57 milyard manat olmuşdur ki, bu da nominal ifadədə 2018-ci ildəkindən 7,4 faiz çoxdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, ötən il ərzində pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,6 faiz üstələyərək 39,3 milyard manatdan çox olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 9,6 milyard manatlıqdan çox ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ildəkindən 3,1 faiz artıqdır.

Azərbaycanın ötən il xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabata görə, 2019-cu ilin yanvar-noyabr aylarında gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 30 milyard 40,5 milyon dollara çatmışdır. Ticarət dövriyyəsinin 58,8 faizini ixrac, 41,2 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, keçən ilin 11 ayı ərzində Azərbaycandan 1 milyard 781,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə 2018-ci ilin analoji dövrünə nisbətən faktiki qiymətlərlə 16,3, real ifadədə 10,3 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə barədə: hesabatda bildirilir ki, 2019-cu il ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2 milyard 197,9 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 72,8 faizindən əhali istifadə etmişdir. 2018-ci ilə nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 15,9 faiz artmış, əldə edilmiş gəlirlərin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir. Belə ki, il ərzində ölkə üzrə 235,3 milyon ton yük, 2 milyard 56,5 milyon nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi üzrə artım 2,2, sərnişin daşınması üzrə 2,7 faiz olmuşdur.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM