Alternative content

10:47 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda hakimiyyət çaxnaşması böyüyür
Ermənistanda hakimiyyət çaxnaşması böyüyür
ANA SƏHİFƏ / SİYASƏT
01:10 29.01.2020


Paşinyan keçmiş iqtidar təmsilçilərinə qarşı həbs dalğasını davam etdirir


Son vaxtlar Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və bu fonda baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxartmaq üçün müxtəlif bəhanələr uydurması ölkədə vəziyyəti daha da ağırlaşdırmaqdadır.

Proseslər göstərir ki, Paşinyan mövqelərini qorumaq və ölkədə rəhbərliyini möhkəmləndirmək üçün keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan komandasını təmsil edənlərə, onların yaxınlarına qarşı həbs dalğasını davam etdirir.

Bunun ən real təsdiqi Ermənistanın keçmiş prezidentlərindən Robert Koçaryanın həbs olunması, Sarkisyan haqqında isə cinayət işinin qaldırılmasıdır. İndi baş nazir üçün əsas hədəf Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı sıradan çıxarmaqdır. Bir sözlə, Ermənistan daxilində baş verən son proseslər bu ölkədə mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasında çəkişmənin getdikcə dərinləşməkdə olduğunu göstərir.

Ötən gün Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri və Polisin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın mənzilində axtarış aparıblar.

Tovmasyan bildirib ki, onu iki-üç dəfə dindirməyə çağırıblar: "Hakimiyyətin istəyi ən qısa müddətdə Konstitusiya Məhkəməsinin sədri kimi məndən qurtulmaqdır. Bu hərəkətlər davam edəcək və yeni cinayət hadisələri üçün əsas tapacaqlar. Bu günlər Ermənistanda baş verənlər, Konstitusiya Məhkəməsi ətrafında yaşanan problemlər mövcud hakimiyyətin əsas vəzifəsinin məndən qurtulmaq olduğunu sübut edir. Bütün bunlar çox kobud, açıq şəkildə edilir və bütün ictimaiyyət, beynəlxalq aləm bunu görür”.

Tovmasyan jurnalistlərin ətrafında cərəyan edən proseslərin yalnız on faizini gördüklərini vurğulayıb. Bildirib ki, milli təhlükəsizlik xidmətinin sabiq direktoru bütün bunları görürdü və onun zabit şərəfi səssiz qalmasına imkan vermədi. Baş verənlər siyasi mahiyyət daşıyır və bunlar ölkənin maraqlarına ziddir. Telefon danışıqlarına qulaq asılması məsələsinə də toxunan məhkəmə sədri qeyd edib ki, dostlarıma dəfələrlə demişəm ki, danışanda və yazanda dinlənildiklərinə uyğun hərəkət etsinlər. Heç bir qərar gözləməyin, həyatımın rejimi dəyişməyib, telefon nömrələrim eynidir, özüm də rahat yaşayıram.

Ermənistan hakimiyyətinin belə addımlar atmaqla Tovmasyanı ləkələməyə və bununla da onun istefasına nail olmağa çalışdığı açıq-aydın görünür. Erməni politoloq Narek Samsonyan bildirib ki, Artur Vanetsyan Paşinyanın əsas rəqibinə çevrilib: "Əslində, burada Paşinyan açıq şəkildə əlcəyi Vanetsyana atdı. Və diqqət edək, bu son zamanlarda onun (Paşinyanın - red.) əsas düşmən "titul”u hakim dairələr tərəfindən məhz Vanetsyana verildi. Vanetsyan Paşinyan hakimiyyətinə son qoya biləcək siyasi informasiya daşıyıcısıdır. Bu gün Paşinyan Vanetsyanı təhdid etdi. Bu o demək idi ki, "deyirsən de, sonra nə olacağını görəcəksən”.

Yerevan Ağsaqqallar Şurasındakı "Svet” fraksiyasının rəhbəri David Xajakyan isə bildirib ki, Paşinyan keçmiş müttəfiqləri arasında düşmənçilik toxumu səpmək üzrə bənzərsiz bir istedada sahibdir. Hakimiyyətdə olduğu ötən müddət ərzində Paşinyan ritorikasında hələ də pis fikirlərini düşmənlərdən, düşmənlərini isə rəqiblərdən ayırd edə bilməyib: "Bir vaxtlar mən onun ortaya atdığı "ağ-qara” oyununu, sadəcə olaraq, Nikolun səs toplamağa hesablanmış hiylələrindən biri kimi başa düşürdüm. Amma yox, sən demə, bunlar Paşinyanın gördüyü rəng spektrlərindən biriymiş. O, keçmiş müttəfiqləri arasında düşmənçilik səpmək üzrə özünəməxsus bir istedada sahibdir”.

Ermənistanın hüquq ekspertləri və vətəndaş cəmiyyətinin nümayəndələri də qeyd edirlər ki, məişət zorakılığı hallarının artması əhalinin maddi vəziyyətinin ağır olması ilə sıx əlaqəlidir. Buna paralel olaraq bütün sahələr üzrə getdikcə yüksələn qiymət artımları əhalinin sosial vəziyyətini daha da çətinləşdirib. Yerli mətbuat yazır ki, Ermənistanda dizel yanacağının qiyməti yenə də artırılacaq. Bu məlumatdan sonra ermənilər indidən dizel yanacağı alıb saxlamağa başlayıblar: "Dizel yanacağının qiymətinin hər litr üçün yenə 50 dram artacağı ehtimal edilir. Dizel yanacağının qiyməti artacağı təqdirdə fermerlər təxminən 8 min dram əlavə xərc sərf etmək məcburiyyətində qalacaqlar”.

Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Qlobal böhran nəticəsində isə dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini deməyə əsas verir.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM