29 Yanvar 2020 01:05
595
İQTİSADİYYAT
A- A+

5,1 milyondan çox iqtisadi fəal əhalinin 4,9 milyondan çoxu işlə təmin edilmişdir


İlin əvvəlinə olan məluma əsasən, ölkədə 5 milyon 190,1 min nəfər iqtisadi fəal əhali qeydə alınmış və onlardan 4 milyon 938,5 min nəfərini məşğul əhali təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı xəbərdə daha sonra bildirilir ki, 2019-cu il dekabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 644,3 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min, qeyri-dövlət sektorunda 729,4 min nəfər olmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda 35,1 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 609,2 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1 faizi mədənçıxarmada, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında məşğul olmuşlar.

Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi səhiyyə və sosial xidmətlər, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlər, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, hər biri 1,7 faiz olan informasiya və rabitə, maliyyə və sığorta, turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrində çalışmışlar.

Məlumatda o da bildirilir ki, cari il yanvarın 1-nə olan vəziyyətə görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 276,4 manat olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video