Alternative content

20:35 19 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Keçən il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manatdan çox olmuşdur
Keçən il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manatdan çox olmuşdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:04 29.01.2020


Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 259,6 milyon manata çatmışdır.

Bu dövrdə büdcədən 20 milyard 175,3 milyon manat (əvvəlki ilin eyni dövründəkindən 2,6 faiz çox) vəsait xərclənmiş, büdcənin icrasında 1 milyard 84,3 milyon manatlıq (ÜDM-in 1,5 faizi qədər) profisit yaranmışdır.

Məlumatda bildirilir ki, sözügedən dövrdə daxilolmaların 21,90 faizi əlavə dəyər, 11,27 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergiləri, 5,60 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,90 faizi fiziki şəxslərin gəlir vergisi, 3,84 faizi aksizlər, 1,56 faizi sadələşdirilmiş vergi, 2,22 faizi vergilərin digər növləri, 49,71 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

Bu dövrdə büdcə vəsaitlərinin 31,47 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,10 faizi təhsil və səhiyyənin, 10,59 faizi sosial müdafiə və sosial təminat sahələrinin, 44,84 faizi digər sahələrin maliyyələşdirilməsinə xərclənmişdir.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən isə, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 199,6 milyon, xərcləri 24 milyard 404,8 milyon manat olmuş, büdcənin icrasında 205,2 milyon manatlıq (ÜDM-in 0,3 faizi qədər) kəsir yaranmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM