29 Yanvar 2020 01:04
968
İQTİSADİYYAT
A- A+

“Azərpambıq ASK” 30,5 min hektarda pambıq əkəcək


"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdindəki "Azərpambıq ASK” MMC keçən il ölkənin 15 rayonunda 29 min hektarda pambıq əkmişdir.

Bunun 1516 hektarı MMC-nin Biləsuvar rayonunda yerləşən Təcrübə Sınaq Təsərrüfatında, 27 min 484 hektarı isə fermerlərlə bağlanmış müqavilələr əsasında əkilmişdir. Həmin sahələrdən ümumilikdə 80,5 min ton xam pambıq tədarük olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 27,8 sentner təşkil etmişdir. Hazırda Pambıq Emalı zavodlarında xam pambığın emalı prosesi gedir.

2020-ci təsərrüfat ilində isə MMC 30,5 min hektarda pambıq əkməyi, həmin sahələrdən 91,5 min ton məhsul tədarük etməyi və məhsuldarlığı 30 sentnerə yüksəltməyi planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video