Alternative content

02:10 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhnə yeni uşaq balet əsərlərinin yolunu gözləyir
Səhnə yeni uşaq balet əsərlərinin yolunu gözləyir
ANA SƏHİFƏ / Mədəniyyət
01:00 29.01.2020


Uşaqların ətraf aləmi dərk etməsində, klassik musiqi zövqünün formalaşmasında uşaq balet tamaşalarının rolu danılmazdır.

Böyük təkamül və inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri musiqinin müşayiəti ilə sözlər deyil, hərəkətlər, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqs elementləri ilə ifadə edilir.

"Qız qalası” ilə nəinki Azərbaycanda, hətta Orta və Yaxın Şərqdə baletin ilk nümunəsini yaratmış klassik bəstəkar, dirijor, librettoçu Xalq artisti Əfrasiyab Bədəlbəyli həmçinin Azərbaycan musiqisi tarixində uşaqlara həsr edilmiş ilk milli balet əsərinin müəllifidir. Bəstəkar 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbinin buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan” baletini yazır. Balet Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunlarının iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunur. Əsərin süjet xəttini balaca qızın yuxuda onun qorxulu, əcaib varlıqlar tərəfindən təqib olunması təşkil edir. Xeyir və Şər qüvvələri savaşının sonunda həmişə Xeyir qələbə çaldığı kimi, burada da cəsarətli oğlan qalib gələrək qızı xilas edir.

"Qızıl açar” baletinin librettosunu görkəmli Azərbaycan bəstəkarı Ə.Bədəlbəyli yazmış və əsər 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Qeyd edək ki, gənc tamaşaçılar üçün nəzərdə tutulmuş bu dördpərdəli balet əsəri Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulmuş birinci uşaq baletidir ki, günümüzə qədər onilliklər boyu opera-balet səhnəsində nümayiş etdirilir.

Azərbaycan musiqisində uşaq melodik səhnə əsərləri ötən əsrin 60-cı illərində öz çiçəklənmə dövrünü yaşayır. Məhz həmin illərdə opera-təmsil, radio-opera, opera-balet, eləcə də uşaq opera-nağılları, uşaq baletləri yazılmışdır. Bu səpkidə əsərlərin yazılması sonrakı illərdə davam etdirilmişdir.

1961-ci ildə bəstəkar İbrahim Məmmədov uşaqlar üçün eyniadlı təmsil əsasında "Tülkü və Alabaş” opera-baletini yazmışdır. Əsərin premyerası 1964-cü ildə keçirilmişdir. Əsərdə vokal və xoreoqrafiya nümunələri bir-birini mahir şəkildə tamamlayır. Bu üçpərdəli opera-baletin librettosunu yazıçı Soltan Dadaşov yazmışdır. "Tülkü və Alabaş” opera-baletində personajların müxtəlif heyvanların surətlərində ifadə edilməsi uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Növbəti illərdə bu sahənin intensiv inkişafı yeni uşaq balet əsərlərinin meydana çıxmasına zəmin yaratmışdır.

Bəstəkar Əşrəf Abbasovun yaradıcılığının zirvəsində uşaqlar üçün yazdığı "Qaraca qız” baleti durur. Bu, uşaqlar üçün yazılmış ilk irihəcmli səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçı Süleyman Sani Axundovun "Qorxulu nağıllar”ı əsasında yazılmışdır. Baletin libretto müəllifi və tamaşanın ilk dirijoru Ə.Bədəlbəyli olmuşdur.

"Qaraca qız” klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Bəstəkar burada Azərbaycan xalqına məxsus milli keyfiyyətləri musiqi dili ilə məharətlə verə bilmişdisə, baletmeyster Q.Almaszadə də öz növbəsində bir xoreoqraf kimi əsərə yüksək bədii zövqlə quruluş verməyə nail olmuşdur.

"Qaraca qız” baleti 1969-cu ildə Parisdə "Şan Elize” teatrının səhnəsində beynəlxalq rəqs festivalı zamanı nümayiş etdirilmiş və Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.

Son illər Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan Azərbaycan bəstəkarlarının uşaq balet əsərləri sırasında Oqtay Zülfüqarovun "Əlibaba və qirx quldur” baleti özünəməxsus yer tutur. Balet 1990-cı ildə yazılmışdır və librettosu da bəstəkarın özünə məxsusdur.

Sonrakı illərdə Oqtay Zülfüqarov "Məlikməmməd” xalq nağılı əsasında ikipərdəli "Sehrli alma” baletinin də libretto müəllifidir.

Azərbaycan bəstəkarları uşaqlara həsr etdikləri balet əsərlərində milli xoreoqrafiya ilə klassik balet ənənələrinin dramatizmini, obrazların psixoloji səciyyəsini parlaq harmonik ahəng və tembr rəngarəngliyi ilə xalq musiqisinin intonasiyalarından istifadə etməklə klassik balet ənənələrinin ən gözəl nümunələrini yaratmağa nail olmuşlar. Onlar bu səhnə əsərləri ilə yalnız uşaqları deyil, böyükləri də sevindirməyi bacarmışlar.

Bəstəkar Tofiq Bakıxanovun Nizami Gəncəvinin "Xəmsə”si əsasında yazdığı "Xeyir və Şər” adlı birpərdəli, üçeskizli baleti dahi Azərbaycan şairi Nizaminin 850 illiyinə həsr olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. Baletin libretto müəllifi Rəşid Əhmədovdur. Xoreoqrafı isə Xalq artisti Tamilla Şirəliyevadır. Əsərin iştirakçıları olan mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllər baletin dramaturji qütblərini təşkil edir.

Hazırda Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün Azərbaycan bəstəkarları tərəfindən yazılmış milli balet əsərləri səhnəyə qoyulur. Lakin o əsərlər əsasən 20-25 il və daha öncələr yazılmış musiqi nümunələridir.

Son illər uşaqlara həsr edilmiş irihəcmli musiqi səhnə əsərlərinin yaranması işində bir durğunluq dövrü yaşanır. Uşaqlar üçün yazılmış balet əsərlərinə çox nadir halda rast gəlmək olar. Hətta uşaqlara həsr olunmuş mahnılar da azalıb.

Tanınmış musiqişünaslar müasir dövrdə gənc bəstəkarlar tərəfindən uşaq balet əsərlərinin yazılmamasının bir problem olduğunu dəfələrlə efir məkanlarında dilə gətiriblər. Onlar bunun səbəbini bəstəkarların ya yazılacaq əsərlərinin səhnəyə qoyulmayacağından ehtiyat etmələrində, ya da daha çox mənfəət məqsədilə yaradıcılıqlarında mahnı janrına üstünlük vermələrində görürlər.

Bəstəkarlarımızın bu gün müasir uşaqların həyat və düşüncə tərzinə yaxından bələd olaraq onların zövq və dünyagörüşü ilə səsləşən yeni balet əsərləri ərsəyə gətirmələri uşaqlar üçün də çox sevindirici olar. Şübhəsiz ki, sovet dönəmindəki uşaqlarla müasir uşaqların maraq dairəsi, düşüncə və yaşam tərzi eyni deyil. Əgər 30 il və daha öncələr uşaqlar oyuncaqlarla oynayırdılarsa, bugünkülər daha intellektual, müasir dövrün tələblərindən irəli gələrək, kompüter və internetdən istifadə etmək bacarığına malikdirlər. Onlara sovet dövrünün ədəbiyyat motivləri olan tülkünü çoxbilmiş, dovşanı qorxaq, canavarı adamyeyən, aslanı meşənin şahı və s. kimi qəbul etdirmək mümkün deyil. Çünki onlar artıq hər şeyə realist nöqteyi-nəzərdən yanaşırlar.

Sovet uşağı obrazı bu gün də ədəbiyyatımızda özünü göstərir. Sovet metodu uşaq ədəbiyyatına elə hopub ki, istər şeir və hekayələrdə, istərsə də uşaq melodik səhnə əsərlərində balacaların hamısı düzdanışan, beşalan və qəhrəmandırlar. Problem də orasındadır ki, uşaq ədəbiyyatı bu məngənədən kənara çıxa bilmir - eyni motiv, eyni süjet xətti, eyni üslub bütün uşaq yaradıcılıq sahələrində özünü göstərir. Saxta uşaq obrazları yaratmaq bu gün yazıçıların yaradıcılıq problemi olaraq qalır. Uşaq ədəbiyyatında milli obrazların yaradılmasının Azərbaycan uşaqlarının bir vətəndaş kimi yetişməsində çox böyük rolu ola bilər. Əslində uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan daha çətindir. Nədənsə uşaq ədəbiyyatı ciddiyə alınmadığından Azərbaycanda həmişə ikinci dərəcəli hesab edilib.

Hazırda Azərbaycan balet səhnəsində tamaşaya əsasən xarici bəstəkarların uşaq balet əsərləri qoyulur. Düzdür, milli uşaq balet tamaşalarına da quruluş verilir, lakin onların sayı elə də çox deyil.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xarici səhnə əsərlərindən tamaşaya qoyulan Pyotr İliç Çaykovskinin "Şelkunçik”, Boris Zeydmanın "Qızıl açar”, İohann Ştrausun "Düyməcik”, Frans Şubertin "Dahi hekayəçi”, Sergey Prokofyevin "Zoluşka” və digər balet əsərləri uşaqların zövqünü oxşamaqla onları sevindirir.

Balet mürəkkəb janr olduğu kimi, həm də ecazkar qüvvəyə malikdir. Məhz balet janrında musiqi və hərəkət vasitəsilə emosional təcrübənin ən mürəkkəb çalarlarını çatdırmaq mümkündür. Dövr, nəsil dəyişikliyinə baxmayaraq, bu janrda yazılmış əsərlər heç vaxt öz aktuallığını və təravətini itirmir.

Balet tamaşaçının duyğularına birbaşa təsir edə bilən sintetik sənət növüdür. Musiqi tərbiyəsində və şəxsiyyətin formalaşmasında uşaq baletləri böyük əhəmiyyətə malikdir. Bu əsərlərin köməyi ilə uşaqlara ətraf aləmə məhəbbət, milli musiqiyə maraq, vətənə sevgi, özündən kiçiklərə və böyüklərə hörmət kimi xeyirxah hisslər aşılanır.

Vəfa GÖVHƏR,

Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM