29 Yanvar 2020 00:59
946
Mədəniyyət
A- A+

“Qoy var olsun yaradan əllər...”


Atatürk parkı bakılıların sevimli istirahət məkanıdır


Bakının ildən-ilə, aydan-aya dəyişməsi bura ziyarətə axın-axın gələn əcnəbi turistlərin marağını çəkməkdədir. Tarixlərin və mədəniyyətlərin qovuşduğu paytaxt şəhər onun sakinlərinin də gözlərində birə-min böyüyür, gözəlləşir. Şəhərin panoramasına Yasamal rayonundakı Dağüstü parkdan baxanda inana bilmirsən ki, beş-on ilin içərisində şəhər belə dəyişərmiş.

Bakını bu gün hər kəs sevir, yalnız son illər göylərin ənginliklərinə boylanan "Alov qüllələri” deyil, həm də yeni salınan, yaşından asılı olmayaraq hər kəsin dinclik tapdığı, istirahət etdiyi park və xiyabanları, səliqə-sahmanlı küçə, ticarət mərkəzləri və "mini-market”ləri ilə də.

Ötən ilin may ayında təmirə bağlanan "Atatürk” parkı da belə məkanlardandır. Xatırladaq ki, parkın təmirdən əvvəlki antisanitar vəziyyəti ətraf ərazilərdə yaşayan vətəndaşları nə qədər narahat edirdisə, yenidənqurma işlərindən sonra sakinlərin sevincinə səbəb oldu.

Bu da paytaxtın Nərimanov rayonu ərazisindəki Atatürk prospektində yerləşən, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan park. Əsaslı təmir-bərpa işləri paytaxt sakinlərinin istək və arzuları nəzərə alınmaqla, Bakı şəhəri və Nərimanov Rayon İcra hakimiyyətlərinin birgə həyata keçirdiyi layihə əsasında aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 1-də parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 6 hektardan artıq olan bu istirahət məkanında bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq xüsusi guşələr, uşaq əyləncə və trenajor qurğuları, həmçinin konsert meydançası yaradılıb.

Burada sakinlərin rahat şəkildə istirahət etmələri üçün velosiped və qaçış zolaqları, eləcə də axşam saatlarında parkın xüsusi zövqlə işıqlandırılması göz qamaşdırmır, əksinə göz oxşayır.

Bu, şəkillərdən görünən mənzərə metronun "Gənclik” stansiyasının yaxınlığında, bir vaxtlar uçuq-sökük "Şuşa” kino-teatrı yerləşən - iki yolun arasında baxımsızlığı ilə yadda qalan, bu gün isə əsl istirahət və əyləncə məkanı olan Atatürk parkıdır. Ona görə deyirlər: "Qoy var olsun yaradan əllər...”

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video