Alternative content

20:08 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ilk qadın teatr rəssamı
Azərbaycanın ilk qadın teatr rəssamı
ANA SƏHİFƏ / Mədəniyyət
00:57 29.01.2020


30 tamaşaya bədii tərtibat verən Bədurə Əfqanlı həm də 8 filmin geyim eskizlərinin müəllifi olub


Teatrda tamaşanın daha keyfiyyətli alınması, mənasının üzə çıxarılmasında aktyor oyunu qədər vacib digər vasitələr də var ki, onlardan biri geyimlərdir. Çünki geyim ilk növbədə obrazın xarakterini açmaqla yanaşı, həm də əsərin dövrünü özündə əks etdirir. Görkəmli teatrşünas Konstantin Stanislavski məktəbinə görə tamaşa kollektiv əməyin məhsuludur. Bu baxımdan incəsənətin müxtəlif növlərinin sintezindən yaradılır: səhnədə butafor və işıqdan başlamış, mizan, musiqi və geyim vacib faktorlar hesab edilir. Demək, tamaşanın quruluşçu rejissoru kimi, rəssamın da xüsusi rolu var. Bu sənəti sevərək yaşadanların sayı kifayət qədərdir. Adı Azərbaycan peşəkar teatr tarixinə həkk olunanlardan biri də Bədurə xanım Məlik qızı Əfqanlıdır.

O, Bakıda Məlik Ağamalovun ailəsində dünyaya göz açmışdı. Atası o dövrün tanınmış ziyalılarından sayılırdı. Rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan və incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Bəlkə də elə buna görə böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə xanım 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil olsa da, rəssamlığa həvəsi onun peşə-sənət yolunu dəyişdi. 1931-ci ildən Rəssamlıq Məktəbinin qrafika şöbəsində təhsil almağa başladı. Teatr rəssamı olmaq qərarına gələn Bədurə Ağamalova diplom işini uğurla başa vurduqdan sonra həyat yoldaşı, məşhur kino və teatr aktyoru Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada yola düşdü.

1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında çalışan Bədurə xanım burada Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun”, Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib” operalarına, Hüseyn Cavidin "Şeyx Sənan”, Cəfər Cabbarlının "Sevil” və "1905-ci ildə” tamaşalarına bədii tərtibat verdi.

Bir müddətdən sonra "qəribliyin daşını atıb” Vətənə döndülər. 1940-1960-cı illərdə Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışdı. İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla N.Vəzirovun "Müsibəti-Fəxrəddin” tamaşasına verdikləri tərtibat oldu. Bundan sonra S.S.Axundovun "Eşq və intiqam”, U.Şekspirin "Otello”, Ə.Haqverdiyevin "Dağılan tifaq, "Köhnə dudman”, B.Lavrenyovun "Amerikanın səsi”, C.Cabbarlının "Od gəlini”, N.Hikmətin "Türkiyədə” və s. tamaşalarının tərtibatçı-rəssamı kimi tanındı.

Ötən əsrin əllinci illərində Azərbaycan dram teatrlarında psixoloji realizm aparıcı üslub kimi yetkinləşirdi. 1960-cı illərdə isə lirik-psixoloji üslub kimi önə çıxdı. Bu istiqamətdə ilk addımları uğurlu atılan geyim rəssamı Bədurə Əfqanlı "Ailə namusu”, "Məzəli hadisə” tamaşalarına verdiyi poetik ruhlu tərtibatları ilə yadda qaldı.

Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkən Bədurə Əfqanlı habelə C.Cabbarlının "Aydın”, "Solğun çiçəklər”, M.Təhmasibin "Bahar”, "Aslan yatağı”, M.İbrahimovun "Məhəbbət”, Z.Xəlilin "Qatır Məmməd”, S.Vurğunun "İnsan”, İ.Əfəndiyevin "İşıqlı yollar”, "Bahar suları”... kimi sevilən, uzun illər səhnədən düşməyən tamaşalarında da sənətinin vurğunu olduğunu nümayiş etdirdi.

Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışında və "Bədurə Əfqanlı - teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimat mərasimində mədəniyyət nazirinin müavini, professor Sevda Məmmədəliyeva Azərbaycanın ilk qadın teatr rəssamının təsviri sənət tariximizdə müstəsna xidmətlərindən söz açaraq bildirib ki, rəssam ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib: "...O, bu sahələr üzrə olduqca dərin əsərlər yaradıb. Bununla da Bədurə Əfqanlı Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır...”

Teatr onun həyatının və sənətinin mənasına çevrilsə də, Bədurə Əfqanlının yaradıcılığı Azərbaycan kino salnaməsində də əbədiyaşarlıq pasportu qazandı. 1960-cı ildən "Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam kimi çalışan sənət fədaisi burada "Koroğlu”, "Leyli və Məcnun”, "Dəli Kür”, "Böyük dayaq”, "Dədə Qorqud”, "O qızı tapın”, "Qatır Məmməd” kimi ekran əsərlərinə də geyim eskizləri çəkdi.

Sənətə bağlılıq sənətkarı da yaşadır. Bu mənada Bədurə xanım bəxti gətirən sənətkarlardandır. Belə ki, onun bir çox əsərləri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskvada) saxlanılır.

Bu sənətdə qazandığı nailiyyətlərə görə Bədurə Əfqanlı Əməkdar incəsənət xadimi və Xalq rəssamı kimi fəxri adlara layiq görüldü, "Şərəf nişanı” ordeni ilə təltif edildi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM