Alternative content

13:09 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
12:06 07.04.2020 Birjalarda neftin qiyməti
12:05 07.04.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 80 yaşın işığı
80 yaşın işığı
ANA SƏHİFƏ / Mədəniyyət
00:57 29.01.2020


Sumqayıt Dövlət Dram Teatrının kollektivi hər zaman burada çalışan və hazırda təqaüddə olan insanlara xüsusi qayğı və diqqətlə yanaşır. Zamanında Azərbaycan teatrına töhfə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənarda qalmır.

Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Xalq artisti Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdikdən sonra dövlətin mədəniyyətə göstərdiyi qayğıdan söz açdı.

SDDT-nin direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədov, Əməkdar artist İlahə Səfərova və digərləri çıxışlarında Svetlana xanımın teatr, televiziya tamaşalarında, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər saldılar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, improvizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki, Svetlana Həkimovanın yaratdığı "Solğun çiçəklər”- Sara, "Qaraca qız”- Gülpəri nənə, "Damokl qılıncı”- Hakimin qızı və bir sıra obrazları bu gün də yaddaşlarda qalır.

Teatrın kollektivini doğması kimi bilən Svetlana Həkimova keçmiş xatirələrindən danışdı. 50 ildən artıq fəaliyyət göstərən teatrın həmişə öndə getməsini arzuladı.

Sonda Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana Həkimovaya hədiyyələr təqdim edildi.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM