Alternative content

02:25 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
23:53 28.01.2020

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində təşkilatın mənzil-qərargahında "20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən birgə təşkil edilən tədbirdə AŞPA-nın üzvləri, diplomatik korpusun, Avropa Şurası katibliyinin, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans "20 Yanvar” faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Qanlı Yanvar günlərini əks etdirən fotolar nümayiş etdirilib. Toplantıda çıxış edən Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas araşdırmaçı Şirin Melikoff, Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş "Qara Yanvar” faciəsi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib. 20 Yanvar hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu qanlı faciəni törədənləri dərhal kəskin ittiham etdiyi və xalqımızın ən çətin günündə ona mənəvi dəstək olduğu vurğulanıb. Konfrans çərçivəsində eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qət etdiyi inkişaf və tərəqqi yolundan bəhs olunub və ölkəmizin əldə etdiyi nailiyyətlər xatırladılıb.

Konfrans zamanı təqdim olunan məruzə və məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM