Alternative content

20:06 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moldova Prezidenti Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib
Moldova Prezidenti Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib
ANA SƏHİFƏ / DÜNYA
23:33 28.01.2020

Moldova Prezidenti İqor Dodon beynəlxalq mövzularda yazan jurnalist, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı "Şərəf” ordeni ilə təltif edib.

AZƏRTAC xəbər verir ki, Moldova dövlətinin başçısının fərmanında deyilir: "M.Qusman yüksək mükafata dövlətlərarası dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə əhəmiyyətli töhfəsinə dərin minnətdarlıq əlaməti olaraq layiq görülüb”.

Moldova Prezidenti 70 illik yubileyi münasibətilə Qusmana təbrikində dünya jurnalistikasına, "jurnalistlərin və oxucuların bir çox nəsilləri üçün keyfiyyətli və səlis iş rəmzi olan, dünyanın ən iri və qocaman agentliklərindən biri statusunu təsdiq edən TASS-ın mövqeyinin möhkəmlənməsinə, rus mətbuatının güclənməsinə” onun töhfəsini qeyd edib.

Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu və Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsini bitirib. 1995-ci ildə "ANKOM-TASS” Beynəlxalq Analitika Agentliyinin vitse-prezidenti təyin edilib, 1998-ci ildə İTAR-TASS-ın Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə başçılıq edib. 2000-ci ilin oktyabrında RF Prezidentinin fərmanı ilə agentliyin baş direktorunun birinci müavini təyin edilib.

Qusman Dünya Rus Mətbuatı Assosiasiyasının (DRMA) məsul katibi, Dünya İnformasiya Agentlikləri Şurasının (DİAŞ) vitse-prezidentidir. O, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti vəzifəsini də tutur.

Onun "Hakimiyyət formulu” müəllif layihəsi təqribən 20 ildir efirə çıxır. Silsilə televiziya verilişlərinin yaradıcısı ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb. Jurnalist RF-nin Əməkdar mədəniyyət işçisidir, "Dostluq” ordeni, "Şərəf” ordeni, IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilib. Qusman jurnalistika sahəsində beynəlxalq mükafatların laureatıdır, uzun illərdir UNESKO nəzdində fəaliyyət göstərən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramda Rusiyanı təmsil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM