28 Yanvar 2020 19:09
510
SİYASƏT
A- A+

Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı digər istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əməkdaşlığın genişlənməsinə önəm verir.

Bununla bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Xudeyrin görüşü zamanı müzakirə olunub.

İki ölkə arasında əlaqələrin ulu öndər Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Aslan Aslanov deyib: "Azərbaycan Prezidenti İlham Əliyev də dost ölkə olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə daim xüsusi diqqət yetirir. Hazırda iqtisadi, humanitar və turizm sahələrində irəliləyişlərə nail olmaq üçün birgə addımlar atılır”.

Görüşdə ölkəmizdə ərəbşünaslıq elminin inkişaf etməsindən məmnunluq hissi ilə söhbət açılıb. Ərəb ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçılarından biri sayılan görkəmli şərqşünas alim Aida İmanquliyevanın xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb, onun intellektual irsinin müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynadığı vurğulanıb.

Qeyd olunub ki, AZƏRTAC Səudiyyə Xəbər Agentliyi (SPA) ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-2019-cu illərdə isə sədrliyi bu quruma rəhbər seçilən AZƏRTAC-a ötürüb. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri ötən ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki bin Abdullah əş-Şəbana ilə Aslan Aslanovun görüşü zamanı müzakirə edilib.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini deyən səfir Haməd Xudeyr xüsusən turizm istiqamətində böyük irəliləyişlərə nail olunduğunu bildirib. "İqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə işləyirik. Yaxın vaxtlarda energetika sahəsində böyük bir layihənin reallaşdırılması üçün saziş imzalanacaq. Xalqlarımızın bir-birini daha yaxından tanıması məqsədilə mədəni tədbirlər təşkil edirik. Ölkələrimizin daha da yaxınlaşmasında medianın böyük rolu var və bu imkandan səmərəli istifadə etməliyik”, - deyə diplomat vurğulayıb.

Görüşdə səfirə 100 illiyini qeyd etməyə hazırlaşan AZƏRTAC haqqında məlumat verilib. Həmçinin müasir medianın inkişaf trendləri, səfirliyin tədbirlərinə informasiya dəstəyi verilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video