02:56 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:19 25.02.2021

Ustadlıq missiyası


00:18 25.02.2021

BİLDİRİŞ


00:17 25.02.2021

BİLDİRİŞ


00:17 25.02.2021

BİLDİRİŞ


00:16 25.02.2021

BİLDİRİŞ


00:16 25.02.2021

BİLDİRİŞ


00:16 25.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-ın nüfuzlu “Jamestown Foundation” nəşri Azərbaycanda aparılan islahatlardan yazıb
ANA SƏHİFƏ / SİYASƏT
16:07 28.01.2020

ABŞ-ın nüfuzlu "Jamestown Foundation” nəşrində Azərbaycanda 2019-cu il ərzində həyata keçirilən islahatlardan bəhs edən "İlə baxış: Azərbaycan daxili islahatlar və çoxtərəfli xarici siyasət həyata keçirir” sərlövhəli məqalə dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müəllifi Mərkəzin şöbə müdiri Fuad Çıraqov olan məqalədə 2019-cu ilin Azərbaycan üçün çox dinamik olduğu, yanvar-dekabr ayları ərzində müxtəlif islahatların həyata keçirildiyi və idarəçiliyin yeni nəslə ötürüldüyü diqqətə çatdırılır.

Müəllif Prezident İlham Əliyevin 2019-cu il ərzində demək olar hər ay özünün yeni islahatları və təyinatları ilə yerli və beynəlxalq müşahidəçiləri təəccübləndirdiyini yazır. Qeyd edir ki, qonşu regionlarda siyasi dinamizm siyasi hakimiyyətlərdən narazı kütlələrin etirazları ilə müşayiət olunsa da, bu, Azərbaycanda dövlət başçısının islahatları ilə özünü göstərir.

Məqalədə davam edən islahatlar fonunda ölkənin qanunverici orqanının aparılan islahatlara uyğunlaşdırılması üçün Milli Məclisin yeni seçkilərə getməsi və bununla bağlı dövlət başçısına müraciət etməsi də vurğulanır.

Həmçinin diqqətə çatdırılır ki, ölkə daxilində aparılan islahatlara və müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmayıb, Ermənistan təcavüzkar və status-kvonu saxlamaq siyasətini davam etdirir.

Bununla yanaşı, ötən il xarici siyasət sahəsində qazanılan uğurlar kimi, TANAP layihəsinin açılışının olduğu və Bakıda 120 ölkədən nümayəndə heyətinin iştirak ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün keçirildiyi diqqətə çatdırılır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM