28 Yanvar 2020 15:48
691
DÜNYA
A- A+

Əlaəddin Borucerdi: ABŞ ilə heç bir danışıq aparılmayacaq


ABŞ iqtisadi sanksiyaları aradan qaldırsa belə, İran bu dövlət ilə bir masa arxasında oturub danışıqlar aparmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlament) Milli təhlükəsizlik məsələləri komitəsinin sədri Əlaəddin Borucerdi deyib.

O bildirib ki, generalın qətlindən sonra ABŞ ilə danışıqlar aparmağın heç bir faydası yoxdur. Əgər bu dövlət beynəlxalq qanunlara və imzalanan müqavilələrə əməl etmirsə, hansı danışıqlardan söhbət gedə bilər.

Xatırladaq ki, parlament üzvü olan Ə.Borucerdinin mövqeyinin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və Prezident Həsən Ruhanin mövqeyindən fərqlənməsi İran mətbuatında müzakirələrə yol açıb.

Qeyd edək ki, İranın Xarici İşlər naziri və Prezidenti ABŞ tərəfindən sanksiyaların aradan qaldırılmasından sonra danışıqların mümkünlüyünü bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video