Alternative content

22:41 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
18:04 26.02.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
ANA SƏHİFƏ / SİYASƏT
13:16 28.01.2020

"Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı”


ABŞ ilə İran arasında gərginliyin artması Azərbaycanda da böyük narahatlıq doğurur. Regional təhlükəsizliyə ən ciddi təhdidlərdən biri 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini hələ də işğal altında saxlayır. Bu, regionda qeyri-sabitlik mənbəyi olaraq qalır.

AZƏRTACxəbər verir ki, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında regional təhlükəsizliyə ciddi təhdid yaradan bu və digər qaynar nöqtələrlə bağlı fikirlərini bölüşüb.

Hazırda ən vacib məsələnin regional sabitlik olduğunu bildirən dövlətimizin başçısı deyib: "Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gərginliklər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. "Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan özü Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Azərbaycan ərazilərinin 20 faizi beynəlxalq hüququn normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır.

Son vaxtlar regionda Azərbaycanın yaxın qonşusu olan İran ilə ABŞ arasında artan gərginliyə də toxunan Prezident İlham Əliyev deyib: "Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM