Alternative content

13:17 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
12:06 07.04.2020 Birjalarda neftin qiyməti
12:05 07.04.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlılarsız qalan Azərbaycan torpaqları...
Azərbaycanlılarsız qalan Azərbaycan torpaqları...
ANA SƏHİFƏ / SİYASƏT
01:02 28.01.2020


Onlar indi Ermənistan adlanan tarixi torpaqlarından qovulublar


Qədim və böyük Azərbaycan torpaqlarına göz dikmiş ermənilər özlərinə yoxdan bir dövlət yaratmaq üçün hər vasitəyə əl atıblar. Məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti xalqımıza ağır məhrumiyyətlər, dəhşətli faciələr yaşadıb.


Erməni xülyaları...


Ermənilər tarixi saxtalaşdırmaq üçün hər cür rəzilliyi, riyakarlığı özlərinə rəva görüblər. Heç zaman olmamış və olmayacaq bir dövlətin - "böyük Ermənistan”ın xülyalarına qapılaraq amansız cinayətlər törədib, nahaq qanlar axıdıblar. Niyyətlərinə çatmaq üçün həm çarizmin, həm də bolşevizmin müstəmləkəçilik siyasətindən böyük məharətlə istifadə ediblər. Bunun üçün cilddən-cildə giriblər, məqamı gələndə yazıq, aciz, yaltaq, yeri gələndə qəddar, amansız olublar. Bəzən fürsət gözləyib, illərlə əsl simalarını gizlədə biliblər. Azərbaycan xalqının soykökünə söykənən adət-ənənələr, mənəvi dəyərlər - qonaqpərvərlik, humanistlik də ermənilərin işinə yarayıb. Məkrli planlarını həyata keçirmək üçün əvvəlcə qılığa girib sığınacaq tapdıqları Azərbaycan ərazilərinə sahiblənmək iddiasını irəli sürüblər.

Baş verən siyasi-ictimai çaxnaşmalardan istifadə edən ermənilər kütləvi qətllər, qırğınlar törədiblər. Elə təkcə ötən əsrdə xalqımıza qarşı dönə-dönə genişmiqyaslı hücumlar edib, soyqırımı aksiyaları həyata keçiriblər.

XX əsrin əvvəllərində çar Rusiyasının ərazilərində getdikcə güclənən siyasi iğtişaşlar, tətillər inqilabla nəticələndi. Çarizm hakimiyyətini qorumaq üçün milli münaqişəni alovlandırırdı. 1905-1907-ci illərdə bundan istifadə edib çar hökumətindən hər cür yardım alan, silahlandırılan erməni dəstələri azərbaycanlılara qarşı soyqırımı törətdi.

1917-ci ildə Rusiyada bolşeviklərin ələ keçirdikləri hökumət də eyni siyasəti yürütdü. Yenə erməni daşnakları silah-sursatla təmin edildilər. Tarixi mənbələrə əsasən, 1918-ci ilin martınadək İrəvan quberniyasında 199 azərbaycanlının yaşadığı kənd dağıdılıb. Həmin ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyətini ermənilər qətlə yetiriblər. Sağ qalanlar isə Osmanlı ordusunun nəzarət etdiyi yerlərə qaçmaq məcburiyyətində qalıblar.

1918-ci il martın 30-da səhər daşnak-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutublar. Silahlanmış ermənilər azərbaycanlıların evlərinə hücum çəkib, qətllər, qarətlər törədiblər. Şamaxı qəzasının 53 müsəlman kəndində martın 30-dan aprelin 2-dək ermənilər tərəfindən 8027 azərbaycanlı şəhid edilib. Quba qəzasında 162 kənd darmadağın edilib, 16 mindən çox soydaşımız öldürülüb. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıdıblar. Lənkəranda, Muğanda minlərlə yurddaşımız qətlə yetirilib.


Dəyişən imperiyanın dəyişməyən siyasəti


1920-ci ilin aprelində Azərbaycanın dövlət müstəqilliyinə qəsd edən bolşevik ordusu burada sovet hökumətinin qələbəsini təmin edib.

Azərbaycanın keçmiş İrəvan xanlığı - İrəvan quberniyası ərazisinin əksər hissəsini, Zəngəzur qəzasını, Qazax qəzasının Dilican dərəsini, Gürcüstanın Lori-Pəmbək, Qars vilayətinin Ağababa bölgəsini birləşdirərək Ermənistan adlı respublika qurub. Hiylə, məkr, tamah bununla da bitməyib. XX əsrdə Ermənistanın Azərbaycanın qərbində həyata keçirdiyi separatizmin faciələri xalqımıza ağır zərbələr vurub. "Daşnaksütyun” partiyasının dəstəyi, sovet təbliğatı nəticəsində yoxdan var edilən respublikaya erməni axını başlayıb. Dünyaya yayılmış ermənilərin çoxu burada məskunlaşmağı fürsət biliblər. Amma azərbaycanlıları doğma yurdlarından qovmaq üçün ermənilər hələ çox günahsız insanlara işgəncələr verəcək, qan tökəcəkdilər...

İkinci Dünya müharibəsindən sonra İ.V.Stalinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr qərarı ermənilərə azərbaycanlıları qovmaq niyyətini həyata keçirmələrinə şərait yaradıb. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün tədbirlər planı hazırlanıb. Qərarda da bildirilib ki, bu, "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir”. Əslində sənəddə əksini tapan azərbaycanlı əhalinin "könüllülük prinsipləri əsasında” köçürülməsi saxtakarlıq idi. Qərar deportasiya aktı idi və həyata keçirilməsinə amansızlıqla başlanıldı.

Qərara görə, üç il ərzində 100 min - 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min azərbaycanlı köçürülməli idi. Əslində Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin çatışmaması kimi fikirlər uydurma idi. 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyasının əsas səbəblərindən biri xaricdə yaşayan və məkrli niyyətləri ucbatından hər yerdə gözdən düşmüş erməniləri gətirmək idi. Qərarın on birinci maddəsində bildirilib ki, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə edilməsinə icazə verilsin.

Köçürülmə kütləvi şəkildə, qəddarlıq və zorakılıqla aparılıb. 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki doğma yurdundan sürgün olunub. Onların Kür-Araz ovalığına köçürülmələri faciənin miqyasını genişləndirib. Deportasiya olunanlar əsasən Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Bərdə rayonlarında yerləşdiriliblər. Dağlıq və dağətəyi ərazilərdə yaşayanlar köçürüldükləri Kür-Araz ovalığının istilərinə dözə bilməyiblər. Xüsusən qocalar və uşaqlar hava və ağır məişət şəraiti ucbatından xəstəliklərə yoluxublar, kütləvi ölüm halları baş verib. Bu xəbərləri eşidən köçürülməmiş əhali çarəsiz qalıb. Onlar Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirsələr də, buna imkan verilməyib.

Deportasiya edilənlərin bir qismi iqlim şəraitinə dözməyərək həlak olub. Qalanlar isə sağlamlıqlarını itiriblər. 150 min azərbaycanlının bəzisini cismən, bəzisini isə mənən məhv ediblər. Deportasiya olunanların 30 faizə yaxını yalnız Stalinin ölümündən sonra viran qoyulmuş yurdlarına dönüblər.

Sonrakı illərdə köçürülmə davam edib. 1954-1956-cı illərdə etnik təmizləmənin növbəti mərhələsi həyata keçirilib. 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya edilib. Ancaq bu da son olmayıb.


Yolumuzu gözləyən yurd yerlərimiz...


Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı dövlətin etnik təmizləmə siyasəti azərbaycanlıların 1987-1989-cu illər deportasiyası ilə başa çatdırıldı. Qədim Azərbaycan torpaqlarından - İrəvan, Göyçə, Zəngəzur və digər yurdlarımızdan ermənilər azərbaycanlıları son nəfərinədək qovdular. Bununla kifayətlənməyən erməni millətçiləri himayədarlarının köməyi ilə XX əsrin sonuncu onilliyində Azərbaycanın 20 faiz torpaqlarını da işğal etdilər.

1997-ci il dekabrın 18-də Ümummilli Lider Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünyaya çatdırıldı. Fərmanda bildirildi ki, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM