27 Yanvar 2020 21:53
418
CƏMİYYƏT
A- A+

DİN və Baş Prokurorluq: Zamin Salayevin şərəf və ləyaqəti alçaldan böhtanlar yayması onun neqativ həyat təcrübəsinin təzahürüdür


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi azadlıqdan məhrum edilmiş Salyan rayon sakininin guya polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması və özünü qadının müdafiəçisi kimi göstərmək istəyən digər bir sakinə işgəncə verilməsi barədə əsassız xəbərlərlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır. Əslində heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan bu cür məlumatlarla bağlı bildirilir ki, 2019-cu il avqustun 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçüb və bundan on gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib onunla Salyan şəhərinə gəlib və dörd gün müddətində müxtəlif ünvanlarda qalıblar.

Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.

Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb. Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət ediblər. Müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyənləşdirilib və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

Fakt üzrə Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cü və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.

Aytəkin Abıyeva müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə ittiham üzrə özünü təqsirli bilib, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.

Onun həmin cinayət əməlini törətməsi özünün səmimi ifadələri ilə yanaşı, istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Saxlanılan zaman bütün prosessual hüquqları təmin olunan Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşüb. Ombudsman Aparatının əməkdaşları müvəqqəti saxlama yerində ona baş çəkiblər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.

Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşayan, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video