Alternative content

12:01 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MDB müşahidə missiyası Milli Məclisə seçkilərin monitorinqini davam etdirir
MDB müşahidə missiyası Milli Məclisə seçkilərin monitorinqini davam etdirir
ANA SƏHİFƏ / SİYASƏT
19:15 27.01.2020

MDB müşahidə missiyası Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinqini davam etdirir.

AZƏRTAC xəbər verir ki, secki-2020.az saytına daxil olan məlumata əsasən, MDB-dən olan müşahidəçilər Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Göygöl rayonları və Gəncə şəhərindəki dairə seçki komissiyalarında olublar. Onlar seçkilərə hazırlıq prosesi, eləcə də seçki komissiyaları üzvlərinin fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər davam edən təbliğat-təşviqat kampaniyasına da xüsusi diqqət yetiriblər. Dairə seçki komissiyalarının rəhbərləri bütün namizədlərə qanunda nəzərdə tutulmuş təşviqat imkanı verildiyini diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, seçki qanunvericiliyinin pozulmasına dair hər hansı şikayət və iddia daxil olmayıb. MDB missiyasının nümayəndələri adıçəkilən rayonlardakı məntəqə seçki komissiyalarına da gedərək, onların fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər məntəqələrin seçki ilə bağlı qanunvericilik aktları, lazımi metodiki tövsiyələr, təlimatlar, məlumat materialları, eləcə də müvafiq avadanlıqlarla təmin edildiyinin şahidi olublar.

Hazırda MDB müşahidə missiyasının formalaşması davam edir. 200-dən çox MDB müşahidəçisinin akkreditə olunması üçün sənədlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərilib. Bu siyahıya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan nümayəndələr, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM