27 Yanvar 2020 16:57
654
DÜNYA
A- A+

Çin virusu sürətlə yayılmağa başladı


Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin sədri Ma Syaovey bildirmişdir ki, ölümcül koronavirus epidemiyası daha ciddi və mürəkkəb mərhələyə keçmişdir. Onun dediyinə görə, virusun yayılması sürətlənir və o, bundan sonra daha sürətlə insandan insana keçəcək.

Öz növbəsində Çinin Sənaye və İnformatlaşdırılma nazirinin müavini Van Szyanpin ölkədə qoruyucu vasitələrin, ilk növbədə maska və kostyumların kəskin şəkildə çatışmadığı barədə məlumat vermişdir. Bayramlar üzündən istehsalatlar 40 faiz gücündə işləyir və bu səbəbdən ölkə həyati əhəmiyyətli malları idxal edə bilər.

Bu arada Çində yeni tipli koronavirusdan ölənlərin sayı 80 nəfərə çatmışdır. 2744 nəfər ölümcül xəstəliyə yoluxmuşdur. Onlardan 461-nin vəziyyəti ağırdır.

Koronavirus Tibet muxtar rayonu istisna olmaqla ölkənin bütün əyalətlərinə, muxtar rayonlarına və xüsusi inzibati rayonlarına yayılmışdır. Yerli KİV-in xəbərinə görə, Çin hökuməti Uhan şəhərində koronavirus epidemiyasına qarşı mübarizəyə ordunu cəlb etmişdir. Şəhərə 450 hərbi həkim göndərilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video