27 Yanvar 2020 16:57
584
DÜNYA
A- A+

Əfqanıstanda polis məntəqəsinə hücum


Əfqanıstanın şimalında yerləşən Cuzcan əyalətində "Taliban” radikal hərəkatının üzvləri polis məntəqəsinə hücum etmişlər. Nəticədə səkkiz kənd mühafizəçisi həlak olmuşdur.

Yerli polis idarəsinin rəisi Abdulvahid Vicdanın dediyinə görə, taliblər Cuzdandakı Menqutey regionunda yerləşən polis məntəqəsinə hücum etmişlər. Öldürülən mühafizəçilərdən başqa, 8 mühafizəçi və 2 dinc sakin yaralanmışdır. Atışma zamanı "Taliban”ın iki silahlısı öldürülmüşdür.

Qəzni vilayətində isə "Ariana Afgihan Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğramışdır. "Taliban” hərəkatının nəzarət etdiyi əraziyə düşmüş laynerdə 83 nəfərin olduğu bildirilir. Hadisə yerinə çevik müdaxilə komandası göndərilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video