27 Yanvar 2020 16:39
5072
Səhiyyə
A- A+

Qrip virusu və onunla mübarizə formaları


Mülayim və ya həddən artıq soyuq keçən havalar bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qrip hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biridir. Onun ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddətdən sonra isə həmin əlamətlər sırasına hərarət, burun axması, əzələ ağrıları və halsızlıq əlavə olunur. Qrip müalicə edildikdə 2-7 gün, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də baş qaldıra bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür.

Bu barədə AZƏRTAC-a məlumat verən paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadovanın dediyinə görə, qrip virusu öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə ətrafdakılara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksək olduğuna görə sürətlə yayılır.

Həkim-infeksionist deyib: "Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Qripə yoluxanların əksəriyyəti tamamilə yaxşılaşır, bəzən isə tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır: "Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar daha ağır fəsadlar verə bilər. Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək yoluxma ehtimalını artırır və onu mövsümi qrip adlandırırlar. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında həmin dövr əksər hallarda 6-8 həftə davam edir”.

O, xəstəliyin profilaktikası barədə bildirib: "Qripə qarşı peyvənd aparılması bir il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. Vurulan vaksin qarşıdan gələn qış mövsümündə baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır və öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını alır. Böyüklər üçün tətbiq olunan vaksində, adətən, aktiv qrip virusu olmur. Bu o deməkdir ki, vaksin qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunandan az sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video