Alternative content

13:42 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
12:06 07.04.2020 Birjalarda neftin qiyməti
12:05 07.04.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar
Məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:27 27.01.2020

Fevralın 9-da ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar yanvarın 27-də aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilmiş treninqlərə start verilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən təlim məşğələləri gün ərzində iki dəfə olmaqla, hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 77 saylı Astara Seçki Dairəsində keçirilən treninqlərə 44 seçki məntəqəsinin 264 üzvü cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər - 77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Güləsən Mirzəyev və Katibliyin baş məsləhətçisi Malik Hüseynov tərəfindən aparılır.

Təlim zamanı iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması, səsvermə prosedurlarına dair praktiki tapşırıqlar və digər məsələlər barədə məlumatlar verilir.

Praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Treninqdə məntəqə seçki komissiyalarının üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış "Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.

Üç gün davam edəcək məşğələlər ölkəmizin cənub bölgəsinin digər Dairə Seçki komissiyalarında da keçirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM