Alternative content

02:29 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
ANA SƏHİFƏ / SİYASƏT
16:25 27.01.2020

Soydaşlarımız Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etmək məqsədilə çəkilmiş erməni filminin Moskvada nümayişinin təxirə salınmasına nail olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 26-da Rusiya paytaxtının "Pobeda” kinoteatrında nümayişi nəzərdə tutulmuş "Aran - mistik ölkə” adlı bədii-sənədli filmin təqdimatı təxirə salınıb. Filmdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun "tarixi Ermənistan” torpağı olduğu iddia edilib.

Filmin nümayişinə kəskin etiraz bildirən Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhər hökumətinin mədəniyyət departamentinə müraciət edib. Erməni separatçılarının məkrli niyyətlərini diqqətə çatdıran icma sədri filmin göstərilməsindən imtina etməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda, Rusiyanın Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət göndəriləcək.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda erməni təxribatının qarşısı alınmışdı. Azərbaycanın Qazaxıstandakı səfirliyinin etirazı nəticəsində qardaş ölkədə yalançı faktlara əsaslanan "Qərbi Ermənistan, itirilmiş vətən” adlı erməni filminin nümayişindən imtina edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM