27 Yanvar 2020 14:02
488
SİYASƏT
A- A+

Litvalı jurnalist : Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir


Litvanın "slaptai.lt” internet-portalında 20 Yanvar faciəsindən bəhs edən "Tarixçi Alqis Kasperaviçyus nəyi demədi” ("Чего не сказал историк Альгис Касперавичюс”) başlıqlı məqalə dərc olunub.

AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, tanınmış litvalı jurnalist İrma Ajuole məqaləsində tarixçi Alqis Kasperaviçyusun 30 il əvvəl Bakıda baş vermiş faciəli hadisələr barədə qərəzli və həqiqətdən kənar "Oxşar, lakin fərqli Yanvar. Bakı 1990, Vilnüs 1991” (Похожие, но разные январи. Баку 1990, Вильнюс 1991) adlı şərhinə etirazını bildirib. Vurğulayıb ki, Algis Kasperaviçyus 20 Yanvar faciəsi ilə Sumqayıt hadisələri arasında qərəzli və yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edib.

Müəllif qeyd edib ki, tarixçinin 1990-cı ildə azərbaycanlıların sıxışdırdığı erməniləri müdafiə etmək üçün sovet ordusunun Bakıya yeridildiyi kimi söylədiyi cəfəng fikir heyrət doğurur. Çünki bu, zorakılığın bəraəti üçün köhnə Kreml nağılının təkrar olunmasından başqa bir şey deyil.

İ.Ajuole vurğulayıb ki, tarixçilər Ermənistan və Dağlıq Qarabağdan əvvəlcə azərbaycanlıların qovulduğunu, azərbaycanlıların erməni torpaqlarına təcavüz etmədiyi, ermənilərin isə Dağlıq Qarabağa iddia etdiyi kimi faktlar haqqında susurlar: "...orada əzəldən azərbaycanlıların da yaşadığını əlavə etməyi unudurlar. Millətlərarası ədavətdən və onu qızışdıranlardan danışarkən düşünməyə dəyər ki, nə üçün hazırda Azərbaycanda 30 min erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur...”.

Müəllif Sumqayıt hadisələrinin təşkilatçılarından birinin milliyyətcə erməni olan Eduard Qriqoryan olduğunu, əslində bu qırğına SSRİ təhlükəsizlik qüvvələrinin başçılıq etdiyinə erməni politoloq Sergey Kurginyanın aydınlıq gətirdiyini xatırladıb.

Sonda müəllif xəbərdarlıq edib ki, Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir. Çünki belə şərhlər həqiqəti təhrif edir, azərbaycanlıların milli heysiyyatına toxunur, millətlərarası və dövlətlərarası münasibətlərə ziyan vurur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video