Alternative content

20:29 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər
Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:53 27.01.2020

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanununa əsasən, ƏDV ödəyiciləri 2020-ci il yanvarın 1-nə yaranmış debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib etməli və yanvarın 31-dək vergi orqanına təqdim etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 27-də Vergilər Nazirliyində keçirilən brifinqdə nazirliyin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov deyib.

Şöbə rəisi bildirib ki, formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişikliyin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə yanvarın 1-dən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı bu il yanvarın 1-dək ƏDV ödəyicisi olmuş, yanvarın 1-dən isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidirlər. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb.

"Məlumat Forması kağız və ya elektron qaydada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən forma vergiödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergiödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün "İnternet Vergi İdarəsi” portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF” bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergiödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş "ASAN İmza”dan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilər. Lakin aparılmış monitorinqlər göstərir ki, vergiödəyiciləri tərəfindən qeyd olunan Məlumat Formasının təqdimedilmə vəziyyəti qənaətbəxş deyildir və göndərilmə zamanı tələb olunan qaydalara riayət edilmir”, - deyə E.Rəhimov qeyd edib.

O deyib ki, müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergiödəyicisinin 2020-ci il yanvarın 1-nə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab edilir. ƏDV məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergiödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ilə nəticələnə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ilə bağlı ayrıca hissə nəzərdə tutulduğundan, debitor borcların yanvarın 1-nə qalığı müəyyən edilərək bəyannamədə əks olunmalıdır.

Vergilər Nazirliyi bir daha xatırladır ki, daxil olacaq vəsaitin bu il yanvarın 1-dən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergiödəyiciləri Məlumat Formasını yanvarın 31-dək təqdim etməlidirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM