Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
03:09 25.09.2011

 

l Məhkəmənin qətnaməsi ilə banka ödəyə bilmədiyim borc məndən tutulmuş və bu, ipoteka qoyduğum mənzilə yönəldilmişdir. Həmin mənzilin satılmasını istəmirəm və borcumu hissə-hissə qaytarmağa hazıram. Bu qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası mümkündürmü?

Elşən Səlimov,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 231.1-ci maddəsi ilə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

AR MPM-in 231.5-ci maddəsinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

Göründüyü kimi, yalnız ipoteka saxlayanın razılığı ilə sözügedən qətnamənin hissə-hissə icrası mümkündür.

Sözügedən qətnamənin icrasına möhlət verilməsi də ipoteka saxlayanın razılığı ilə mümkündür. Lakin əgər mənzil sizin yeganə yaşayış yerinizdirsə və digər yerdə yaşamağa imkanınız yoxdursa, məhkəmə sizin vəsatətiniz əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Bu halda ipoteka saxlayanın razılığının olması tələb edilmir. Bu istisna hal "İpoteka haqqında" qanunun 39.4-cü  maddəsində təsbit edilmişdir.

 

l Məhkəmə iclasında araşdırılmış məsələlərin protokolda lazımi qaydada əks etdirilib-etdirilməməsini müəyyənləşdirmək istəyirəm. Bu mümkündürmü?

Namiq ORUCOV,

Gəncə şəhəri

 

 - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 270-ci maddəsinə görə, məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir.

AR MPM-in 272.7-ci maddəsinə görə, protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır.

AR MPM-in 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmaq hüququna malikdirlər və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

Göründüyü kimi, sizin protokolla tanış olmaq və müvafiq yazılı qeydlər vermək hüququnuz vardır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM