Alternative content

11:11 22 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:20 22.09.2020 Qəhrəmanlıq nümunəsi
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:13 22.09.2020 BİLDİRİŞ
00:13 22.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
ANA SƏHİFƏ / SİYASƏT
11:37 27.01.2020

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunda Türkiyənin "TRT World” kanalı tərəfindən hazırlanmış "Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi nümayiş etdirilib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, film bu şəhərdə keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında "Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.

Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə sənədli filmin ssenari müəllifi Oubai Şahbandar, ekran əsərinin rejissoru və prodüseri Ataxan Kərküklü, həmçinin müxtəlif xarici ölkələrin baş konsulları, siyasətçilər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının fəalları, türk, yəhudi, Pakistan, Koreya və Latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş Qara Yanvar faciəsinin 30-cu ildönümünün bir neçə gün öncə tamam olduğunu qeyd edərək, faciə haqda məlumat verib.

Sonra tədbir iştirakçıları Qara Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında danışan baş konsul Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə faktları iştirakçıların diqqətinə çatdırıb. O, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını bildirib. N.Ağayev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini vurğulayıb. Diplomat bu ədalətsizlik haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək peşəkarlıqla hazırlanmış "Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” sənədli filminin təqdirəlayiq olduğunu qeyd edib.

Sonra film nümayiş etdirilib.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Daha sonra çıxış edən O.Şahbandar filmdə əks olunan hadisələr və çəkiliş prosesi haqqında ətraflı danışıb. Bildirib ki, filmin əsas məqsədi münaqişə haqqında həqiqətlərin bu təcavüz və işğalın qurbanlarının dilindən təqdim olunmasıdır.

Sonda O.Şahbandar və A.Kərküklü iştirakçıların film və münaqişə ilə bağlı suallarını cavablandırıblar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM