27 Yanvar 2020 10:15
521
SİYASƏT
A- A+

Perunun rəsmi “El Peruano” qəzetində “Qara Yanvarın 30 illiyinin anımı” sərlövhəli məqalə dərc edilib


20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş məqalədə müasir Azərbaycanın ən faciəli və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yaddaşımızda qalmış qanlı yanvar hadisələrindən bəhs edilir. Öz hüququnu tələb edən, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı yönəlmiş keçmiş SSRİ rəhbərliyinin dəhşətli, qəsdən düşünülmüş və planlaşdırılmış zorakılıq aktı barədə məlumat verilir.

Bu qanlı hadisələrin təşkilatçılarının əsas məqsədlərindən biri azadlığa və suverenliyə demokratik yolla nail olmaq istəyən, ədalətli tələblərini irəli sürən Azərbaycan xalqının iradəsini qırmaq və müstəqillik arzularını tanklar altında əzmək istəyi olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, məqalədə, 20 Yanvar faciəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğu, sovet imperiyasının təzyiqlərinə və digər çətinliklərə baxmayaraq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini davam etdiyi və nəticədə 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.

Sonda "Qara Yanvar" faciəsi zamani Vətən uğrunda həlak olmuş igid oğul və qızların dəfn edildiyi Şəhidlər xiyabanının xalqımız üçün azadlıq, müstəqillik uğrunda sarsılmaz iradənin, mübarizənin və milli birliyin rəmzi kimi müqəddəs bir məkana çevrildiyi, gələcək nəsillər üçün daima qürur hissi doğuracağı xüsusi olaraq qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video