26 Yanvar 2020 15:08
588
CƏMİYYƏT
A- A+

İsmayıllıda baş verən ağır yol qəzasında üç nəfər ölüb


Yanvarın 26-da Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə "VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində "VAZ 2106” markalı minik avtomobilinin sürücüsü İlham Quliyev, onun həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüblər. Ailənin digər üzvü Elcan Quliyev isə xəsarət alıb.

Qəza zamanı "Mercedes-Benz” markalı sərnişin mikroavtobusunda xəsarət alan şəxslər - Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu, həmçinin 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video