26 Yanvar 2020 12:21
607
CƏMİYYƏT
A- A+

Türkiyədə zəlzələ zonasından təxliyə olunan vətəndaşlarımızın bir qrupu artıq Naxçıvana çatıb


Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi davam edir. Elazığ-Naxçıvan marşrutu ilə vətəndaşlarımızı daşıyan birinci avtobus yanvarın 26-da yerli vaxtla saat 06:00 radələrində İğdıra çatıb və oradan Naxçıvana keçib.

AZƏRTAC xəbər verir ki, vətəndaşlarımız Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşları tərəfindən qarşılanıblar.

Təxliyə olunan Azərbaycan vətəndaşları Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaqlar.

Qeyd edək ki, bu vaxtadək Elazığ-Naxçıvan marşrutunda üç avtobus yola düşüb. Sonuncu avtobus yerli vaxtla saat 23:00-da təbii fəlakət bölgəsini tərk edib. Vətəndaşlarımızın Türkiyəni tərk etmək üçün sənədləri qaydasındadır. Yola salınanların əksəriyyəti tələbələrdir.

Qeyd edək ki, hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində "qaynar xətt” yaradılıb. Əlaqədar şəxs Mürşüd Məmmədov, əlaqə nömrəsi: 00905526792565.

Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımızın istəyinə uyğun olaraq tədbirlər müvafiq qaydada davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video