06:28 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
ANA SƏHİFƏ / TƏHSIL
00:45 26.01.2020


Yanvarın 25-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) rektoru, akademik Anatoli Torkunov ADA Universitetində mühazirə ilə çıxış edib. ADA Universitetindən bildirilib ki, A.Torkunov müasir beynəlxalq münasibətlər sahəsində cərəyan edən yeni proseslərlə bağlı analizlərini diplomatik korpusun nümayəndələri, tələbələr və bu sahəni tədqiq edən peşəkarlarla bölüşüb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev MGIMO-nun yalnız beynəlxalq münasibətlər sahəsində deyil, həm də dəqiq elmlər sahəsində mütəxəssislər yetişdirdiyini diqqətə çatdırıb. Hafiz Paşayev deyib: "ADA Universiteti MGIMO Universiteti ilə əməkdaşlığa önəm verir. Bu səbəbdən də MGIMO ilə maliyyə sahəsində ikili diplom proqramı təqdim edərək bu sahədə mütəxəssislərin yetişdirilməsini hədəfləyirik”.

Daha sonra MGIMO Universitetinin rektoru, akademik Anatoli Torkunov çıxış edərək ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, MGIMO Universitetinin beynəlxalq münasibətlərlə yanaşı, aqrar, idman və digər sahələrdə də mütəxəssislər yetişdirmək üçün əməkdaşlığı genişləndirdiyini, eyni zamanda, süni intellekt sahəsini də tədqiq etdiyini diqqətə çatdırıb. "Müasir beynəlxalq münasibətlər sahəsində baş verən parametr dəyişikliyini nəzərə alaraq, bu dövrü postbipolyar dövr kimi də xarakterizə etmək olar” deyə akademik A.Torkunov qeyd edib.

Öncəki illərdə müşahidə etdiyimiz klassik diplomatiya ilə hazırkı diplomatiya anlayışları arasında böyük fərqin olduğunu bildirən akademik informasiya sahəsində özünü göstərən texnoloji inqilab barədə ətraflı məlumat verib. O, informasiya sahəsindəki inqilabın süni intellekt anlayışını da özündə ehtiva etdiyini bildirib.

AZƏRTAC



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM