Alternative content

06:53 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub
Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub
ANA SƏHİFƏ / Təhsil
00:38 26.01.2020


Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.

Qeyd edək ki, bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Təkcə ötən il ölkə ərazisində 84 məktəb binası tikilib və ya təmir edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM