Alternative content

05:58 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb
Seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:37 26.01.2020


Gəncədə fəaliyyət göstərən 4 seçki dairəsini əhatə edən bütün məntəqələrdə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir.

Ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən bu seçkilərə hazırlığın vəziyyətini öyrənmək məqsədilə 40 saylı Kəpəz II (Gəncə) seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri İmamyar İsmayılovla söhbətimizdən məlum oldu ki, bu siyası kampaniyaya ciddi hazırlıq işləri görülüb. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Həmin gün dairəni əhatə edən ərazidə 42 min 90 nəfər vətəndaş seçkilərdə iştirak etməlidir. 10 nəfər deputatlığa namizəd qeydə alınmışdır. Onlardan bir nəfəri Yeni Azərbaycan Partiyasından, qalanları isə öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşlər.

Qeyd edək ki, dairəni əhatə edən məntəqələrdə 27 nəfər ilk dəfə səs verənlər, 2 nəfər isə yaşı 100-ü ötənlərdir. Yaşı bir əsri haqlayan Fərman İmanov 24 nömrəli məktəbdə fəaliyyət göstərən 5 saylı məntəqədə səs verməlidir. Öyrəndik ki, parlament seçkiləri ilə əlaqədar məntəqə üzvləri onun evində olmuş, səhhəti ilə maraqlanmışlar. Hələ də gümrah olan Fərman kişi onlara deyib ki, fevralın 9-da özü gəlib məntəqədə səs verəcək.

Yaşı 100-ü keçmiş Çimnaz İbrahimova da seçkilərdə iştirak etmək arzusundadır. 37 nömrəli məktəbdə yerləşən 23 saylı seçki məntəqəsində səs verəcək Çimnaz nənə söhbət zamanı dedi ki, parlament seçkiləri ölkənin həyatında çox önəm daşıyır. Axı ölkənin idarə olunmasında qanunlar əsas rol oynayır. Milli Məclis isə bu qanunları yaradandır. Odur ki, gərək parlamentə ağıllı, savadlı və dünyagörüşlü adamları seçək ki, sonradan peşiman olmayaq.

Seçkilərin şəffaflığını təmin etmək üçün 30 məntəqədən 11-də veb-kamera quraşdırılmışdır. Bundan başqa, qeydiyyata alınmış 254 müşahidəçinin seçkilərin gedişini izləməsi üçün hər cür şərait yaradılıb. Namizədlərin hamısına təbliğat kampaniyası aparmaları üçün eyni şərait yaradılıb. Ərazinin iki yerində açıq və qapalı yerlər ayrılmışdır. Seçkilərdə fiziki qüsurlu insanların rahatlığı üçün də şərait yaradılıb. Belə ki, bütün məntəqələrdə pantus quraşdırılmışdır.

Məntəqə seçki komissiyasının sədrləri, katibləri və üzvləri treninqlərdə fəal iştirak etmişlər. Onlar seçkiyə hazırlıq, sənədlərin saxlanılması, qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi, bildirişlərin paylanması qaydaları, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqat üçün şəraitin yaradılması, yerli icra və bələdiyyə qurumlarının seçki komissiyaları ilə səmərəli və qarşılıqlı əlaqələrinin qurulması qaydaları ilə əlaqədar ətraflı bilik əldə etmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM