Alternative content

22:45 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
06:48 22.02.2020 İtaliyada Azərbaycan ili
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar təhsilin keyfiyyəti ilə bağlı sorğular keçirilib
Aqrar təhsilin keyfiyyəti ilə bağlı sorğular keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 26.01.2020


Kənd Təsərrüfatı Nazirliyi "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Straterji Yol Xəritəsi”nə uyğun olaraq, aqrar təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlərin işlənib hazırlanması məqsədilə sorğular keçirib.

Nazirliyin İnsan resursları şöbəsinin təhsil sektoru tərəfindən aparılan sorğular üç istiqaməti - məzunların işlə təminatı, işəgötürənlərin məzunların bilikləri haqqında rəyinin öyrənilməsi və əmək bazarının tələbatının müəyyənləşdirilməsi istiqamətlərini əhatə edib.

Sorğuya 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirən aqraryönümlü ixtisaslar üzrə 532 məzunun 56 faizi cəlb olunub. Sorğuda iştirak edən 300 məzunun 33 faizini qadınlar, 67 faizini kişilər təşkil edib.

Məzunların işlə təminatının müəyyənləşdirilməsi məqsədilə aparılan sorğu zamanı məlum olub ki, işləyən respondentlərin 43 faizi öz ixtisasları üzrə çalışır. Sorğunun nəticələri onu göstərir ki, tələbələrin universitetə aşağı bal ilə qəbul olması onların ixtisaslarına maraqlarına, ali təhsil müəssisəsindən gözləntilərinə və gələcək karyera seçimlərinə təsir göstərib.

Özəl və dövlət qurumları daxil olmaqla 201 təşkilat arasında keçirilən sorğu işəgötürənlərin təhsilin keyfiyyətinə dair məmnunluq səviyyəsini qiymətləndirməyə imkan verib. Belə ki, rəyi soruşulan işəgötürənlər məzunların praktiki və tətbiqi biliklərinin daha da gücləndirilməsini tövsiyə ediblər.

Əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi məqsədilə 60 rayonda fəaliyyət göstərən ümumilikdə 201 kiçik, orta və iri sahibkar, eləcə də 1321 ailə təsərrüfatı arasında sorğu keçirilib. Sorğunun nəticələrindən bəlli olub ki, Azərbaycanda dövlət dəstəyi nəticəsində kənd təsərüfatı sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarında, həmçinin ailə təsərrüfatlarında innovativ texnologiyalar inkişaf etməkdədir. Təsərrüfatlarda innovativ texnologiyanın tətbiqinin genişləndirilməsi üçün tədris proqramlarında, kvalifikasiya və peşə standartlarının yenilənməsi məqsədəuyğun sayılır.

Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və nəticələr üzrə müvafiq tövsiyələr hazırlanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM