Alternative content

23:47 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sulut buzxanası Hərəm qalasının ərzaqla təmin olunması məqsədilə tikilib
Sulut buzxanası Hərəm qalasının ərzaqla təmin olunması məqsədilə tikilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 26.01.2020


Buzxanalar vaxtilə Azərbaycanda böyük şəhərlərdə və paytaxtda saraya xidmət edən inzibati binalar olub. Orta əsrlərdə geniş yayılmış buzxanalardan anbar kimi ərzaq saxlanması üçün istifadə edilib. Xüsusilə vergilər kimi toplanan natural məhsulların uzunmüddətli saxlanması üçün yerin altında belə buzxanalara çox ehtiyac olub.

AZƏRTAC xəbər verir ki, Fitdağ şəhərinin (Şirvan xanı Mustafa xanın təşəbbüsü ilə XVIII əsrin 90-cı illərində təxminən 10 il müddətinə salınan şəhər İsmayıllı rayonu ərazisində Sulut və Mücü kəndləri arasındakı Fit dağında tikilib) yaxınlığında, şəhərlə Hərəm qalası (Mustafa xanın ailəsinin qaldığı saray) arasında düzən sahədə inşa edilən Sulut buzxanası XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aiddir. Mustafa xanın təşəbbüsü və dəstəyi ilə tikilən Sulut buzxanası Hərəm qalasının ərzaqla təmini üçün istifadə olunub.

Dövlət Turizm Agentliyi Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Sulut buzxanası əsasən səliqə ilə kəsilən və cilalanan çay daşı ilə hörülüb. Buzxananın cənub-qərb tərəfdə yeganə qapısı, oradan isə aşağı buzxanaya düşmək üçün pilləkənlər olub. Lakin buzxananın həmin hissəsi xeyli dağılıb, pilləkənlər ayırd edilmir.

Sulut buzxanasının üzəri Naxçıvan və Ağsu buzxanalarından fərqli olaraq bişmiş kərpiclə deyil, divarların inşa edildiyi çay daşları ilə örtülüb. Bu buzxana da tağla bağlanıb və yerin altında qalması üçün üzərinə torpaq qatı verilib.

Sulut buzxanası Fitdağın süqutundan və şəhər əhalisinin Şamaxıya köçürülməsindən sonra dağılıb. Buzxana əsasən rus əsgərləri tərəfindən dağıdılıb. Ruslar uzun müddət Fitdağ şəhəri, Hərəm qalası, Buzxana və Xan qalasında Mustafa xanın xəzinəsini axtarıblar. Ona görə də Buzxananın həm şimal, həm də cənub hissəsində böyük dağıntılar törədilib. Lakin 200 ilə qədər vaxt keçməsinə baxmayaraq buzxana əsasən qorunub saxlanıb.

F.Xəlilli deyib: "Sulut buzxanasının bərpa və konservasiya edilməsinə böyük ehtiyac var. Divarların möhkəmliyini təmin edən ağac kətillər ya çürüyüb, ya da yerindən çıxarılıb. Əksər yerlərdə iri daşlar da divarlardan çıxarılıb. Ziyarətə gələn turistlər və yerli sakinlər arasında abidələrə zərər verənlər də var ki, onların izi divarlarda və daşlar üzərində görünür. Buzxananın bərpa edilərək uyğun formada sərgi zalı və ya çay evi kimi istifadəsi bu gün turizm baxımından da əlverişli olardı”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM