Alternative content

23:09 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
06:48 22.02.2020 İtaliyada Azərbaycan ili
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Keyfiyyətli dərsliklərin yazılması günün tələbidir
Keyfiyyətli dərsliklərin yazılması günün tələbidir
ANA SƏHİFƏ / Mədəniyyət
00:30 26.01.2020


Müasir dövrün ən mühüm elmi problemlərindən biri ekoloji mühitin qorunması və gələcək nəsillər üçün yaşayış şəraitinin saxlanmasıdır.

XX əsrin elm sahələrində qazanılan nailiyyətlərdən biri də qədim ekologiyanın yenidən elmlər sisteminə daxil edilməsi və elmlərin ekologiyalaşdırılmasıdır. Keçən əsrin ortalarından başlayaraq müxtəlif adda ekoloji təmayüllü dərs vəsaitləri və dərsliklər yazılmağa başlanmış, əsrin sonuna qədər ekologiyanın tədrisinin və kadr hazırlığının genişlənməsi ilə əlaqədar olaraq hər bir sahə üçün ekoloji təlimlər formalaşmışdır.

Azərbaycan Respublikasının təhsil sistemində islahatlar mərhələsi həyata keçirildikcə orta və ali məktəblər üçün yazılan dərsliklərin nəinki sayı, eyni zamanda keyfiyyəti, xüsusilə informasiya zənginliyi yüksəlmiş, onlar müasirliyi və ekoloji məzmunu ilə fərqlənmişlər. Ölkəmiz müstəqillik yoluna qədəm qoyduqdan sonra təhsil sisteminin qlobal məzmunu genişlənmiş, yaradıcı alimlər qısa vaxt ərzində dərslik və dərs vəsaitləri ətrafında müstəqil düşüncəyə malik olduqlarını nümayiş etdirmişlər. Eyni zamanda ekologiyanın müxtəlif səviyyələrinin (kosmik, planetar, regional, lokal və s.) məzmununu təhlil edə bilmişlər. Yeni nəsil ekologiya və coğrafi ekologiya kimi mürəkkəb sahələrdə də yeniliklər yaratmışlar. Deyilənlərlə əlaqədar çoxlu sayda nəşr edilən kitabların daha yeni nümunələrin və elektron tərtibatlarının hazırlanması da çox vacib məsələlərdən biri olmuşdur.

Diqqəti cəlb edən belə kitablardan biri də BDU-nun professoru Şövqi Göyçayskinin "Coğrafi ekologiyanın əsasları” kitabının rus dilində çap edilməsidir (Bakı, "Ekoprint” nəşriyyatı, 2018). Həmin kitab indiyə qədər bu istiqamətdə bütün MDB-də yazılan kitabları təkrar etmir. Müəllif göstərir ki, ekologiyanın formalaşması bütün elmlərin və eləcə də coğrafiya elminin transformasiyasına təsir göstərmiş, bununla da elmlərin inteqrasiyasının yeni mərhələsi yaranmışdır. Bu kitabı diqqətlə oxuduqda dünyanın dərk edilməsinin yeni mərhələsinin başlandığını, fənlərarası əlaqələrin elmin inkişafında mühüm rol oynadığını bir daha görmək mümkündür.

Dərslikdə Yer kürəsinin - materiklərin, təbii sferaların, dünya okeanının ekoloji xüsusiyyətləri, Günəş-Yer, Günəş-biosfer münasibətlərinin tsikli, fəsli, ritmik dəyişikliklərinin ekoloji gedişi və məzmunu elmi şəkildə təhlil edilir. Eyni zamanda göstərilir ki, son 200 ildə məhsuldar qüvvələrin inkişafı, təbiət-əhali-istehsal sahələrinin intensiv inkişafı ölkə və regionların struktur və ərazi dəyişikliyinə güclü təsir göstərmişdir. Bütün bunlar nəticə etibarilə ətraf mühiti gərginləşdirmiş və ona görə də təbiəti bərpa və mühafizə tədbirlərinə ehtiyac yaranmışdır. Ekoloji proseslərin sosial, iqtisadi, siyasi, elmi və s. məzmun kəsb etməsi ilə əlaqədar olaraq elmlərarası sahəyə çevrilmişdir. Bununla əlaqədar müəllif ekologiyanın elmlər sistemində yerini verməklə yanaşı, coğrafi ekologiyanın da coğrafiya elmində yerini düzgün təsvir etmiş, eyni zamanda yeni dəlillərlə göstərmişdir ki, elmin və təhsil sisteminin ekologiyalaşdırılması tədricən ümumi inkişafa təsir göstərir və bir növ onu stimullaşdırır.

Müəllif həmin sahənin elmi anlayışlarını, predmetini, elmlərarası əlaqəsini şərh etməklə yanaşı, bir sıra mübahisəli məsələlərə (təbii təkrar istehsal və ictimai istehsalın təkrar istehsalının, təbii şəraitin və təbii ehtiyatların ümumi və fərqli cəhətləri; texnosferin biosferin əksinə istiqamətlənməsi və s.) aydınlıq gətirmişdir.

Kitabda yeni ideyalardan biri də ondan ibarətdir ki, müasir ekologiyanın formalaşmasında, onun gələcək perspektivləri fonunda "Böyük ekologiya”nın konturları cızılır və tədricən həmin sahə elmlər sistemində aparıcı rola malik olur.

Müəllif ekoloji prosesləri Yerin planetar və kosmik xassələri ilə əlaqələndirməklə yanaşı, onların fəlsəfi məzmununun açılmasını önə çəkir. Onun fikrincə, ekologiyanın araşdırılmasında təbiət-əhali-istehsal sistemləri daxili və sistemlərarası əlaqələrlə öyrənilməlidir. Göstərilənlərlə əlaqədar sistemlərdaxili və sistemlərarası qanunların və qanunauyğunluqların ekoloji məzmunlarının açılmasına, onların tədqiqi ilə əlaqədar müxtəlif elm sahələrinin nümayəndələrinin məqsədyönlü əməkdaşlığına şərait yaradılmalıdır.

Alim ekologiyanın və onun sahələrinin formalaşmasına dair nəinki respublikada olan, eyni zamanda xarici ölkələrin ədəbiyyatları ilə də yaxından tanış olduğundan ekologiyanın, xüsusilə coğrafi ekologiyanın elmi və praktiki sahəsinə dair cəsarətli fikirlər söyləyə bilmişdir.

Müəllif bütün təbii sferalararası əlaqələrin ekoloji məzmununu şərh etməklə yanaşı, onlar arasındakı uyğunluğu və ziddiyyətləri şərh edir, eyni zamanda izahını verir ki, sferalararası vaxtaşırı ziddiyyətlər ekstremal məzmun kəsb etsə də, sferalar tədriclə harmoniya yaratmağa meyillidir, yəni onlar arasında bütövlük qanunu daim özünü göstərir. Fəqət biosferlə texnosfer arasında əlaqələr əsasən texnosferin yaratdığı ziddiyyətlərlə zəngin olduğundan həmin proses güclü monitorinq və analitik təhlillər tələb edir. Müəllifin təhlillərində oxuculara çatdırılır ki, müasir dövrdə dayanıqlı inkişaf təbii şəraitdən və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi inkişafın ən mühüm yoludur. Lakin həmin sahədə problemlərin elmi-metodoloji əsasları kifayət dərəcədə açılmamışdır. Məhz bunun nəticəsidir ki, insan ekosistemlərin optimallaşdırılmasında problemlər qarşısında qalır.

Ümumiyyətlə, dərslik 19 fəsil və çoxlu sayda bölmələrdən ibarətdir. Burada ekologiyanın, xüsusilə coğrafi ekologiyanın elmi, metodoloji, metodiki məsələlərinə və s. aydınlıq gətirilmişdir. Kitab oxunaqlıdır, tələbələri düşünməyə, hadisələrə ekoloji baxımdan yanaşmağa sövq edir. Dərslikdəki biliklərə yiyələnən oxucu anlayır ki, ekocoğrafi biliklər elmin digər sahələrində əsas kimi qəbul edildikdə onların əməli fəaliyyətləri daha səmərəlidir, coğrafi informasiya sistemlərinə (CİS) olan tələblər daha keyfiyyətlə təmin edilə bilər.

Bəzi bölmələrdə dərin elmi təhlillərin verilməsi maraqlı olsa da, dərslik tələbindən bir qədər kənara çıxır. Bu da onun oxucu auditoriyasının daha geniş olacağına inam yaradır. Dərslikdə verilən əyani vasitələr - şəkillər, qrafiklər, xəritə-sxemlər olduqca məzmunludur, zəngin informasiyalara malikdir, təsvir edilən biliklərin qavranılmasını asanlaşdırır.

Ümumilikdə Şövqi Göyçayskinin yazdığı kitab coğrafi ekologiya sahəsində ilk orijinal dərslik olmaqla, fəsillərin və bölmələrin şərhi baxımından elmi yeniliklərə, zəngin informasiya mənbəyinə əsaslanır. Kitabı postsovet məkanında nəşr edilən azsaylı kitablarla müqayisə etsək, onun özünəməxsusluğunun və fərqləndiyinin şahidi olarıq. Ən başlıcası odur ki, kitab müasirliyinə görə yalnız ekoloqlar, coğrafi ekologiya sahəsində təhsil alan və çalışanlar üçün deyil, digər sahə üzrə ixtisaslaşan mütəxəssislər, gənc yaradıcı alimlər və geniş oxucular üçün də əhəmiyyətli olacaqdır.

Ramiz MƏMMƏDOV,

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM