Alternative content

23:55 22 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "On dördüncü əsr yıxılır-durur, Tutur Nəsiminin ətəklərindən..."
"On dördüncü əsr yıxılır-durur, Tutur Nəsiminin ətəklərindən..."
ANA SƏHİFƏ / Mədəniyyət
00:27 26.01.2020


Sözün heyrət doğuran həddi var. Bu, Nəsimi həddidir ki, Nizamidən, Füzulidən üzü bəri yol gəlir, könüllər fəth edir. Böyük şair-filosof Nəsimi deyir ki, mənim öz həqiqətim, "ənəlhəqqım” var. Elə bu əqidə ilə də Nəsimi hər hansı cismani yoxluğun fövqündə dayanır. Şair həqiqəti öz məntiqi ilə tanıyır. Cahana sığmayan dahi insan faciəli bir ömür yaşayıb. Fədakarlığı ilə, sözünə bütövlüyü ilə yaddaşlarda qalıb. Orta əsr qaranlıqlarından boylanan işıq kimi bu gün də nur saçır, dünyanı aydınlaşdırır. Könüllər fatehi sübut edir ki, o, ədəbiyyat üfüqində doğan eşq günəşidir. Neçə əsrdir ki, nəsil-nəsil bu zəngin mənbədən, ədəbi irsdən qədərincə faydalanırıq. Yaradıcılığının hər qatında bir məna, hər sətirindən bir məzmun boylanır...

Yaxşı xatırlayıram, universitetdə oxuduğum illərdə bir dəfə xalq şairi, görkəmli alim Bəxtiyar Vahabzadə sevinə-sevinə qapını açıb əlindəki "Ədəbiyyat və incəsənət” qəzetini yüksək səslə oxumağa başladı:

- On dördüncü əsr yıxılır-durur,

Tutur Nəsiminin ətəklərindən...

Və sonra izahat verdi ki, təkcə bu misranın bir əsər qədər gücü, siqləti var. Bunu da alovlu şair Xəlil Rza Ulutürk deyib. Deyib ki, təkcə Nəsiminin yaradıcılığı yetər ki, on dördüncü əsr yetim qalmasın.

Ədəbi dilimizin zənginləşməsinə o qədər yeniliklər gətirib ki, sayıb-sadalamaqla bitib tükənmir. Biz tələbələri yaxşı bilirdik ki, Bəxtiyar Vahabzadəni hər yazıyla təəccübləndirmək olmaz. Amma özü etiraf edirdi ki, Xəlil Rzanın bu şeirini oxuyandan sonra sözün heyrət doğuran həddi ilə barışdım və əllərimi dizimə çırpdım, İlahi, belə də demək olar! Bu Nəsimi sehri ağlın və qəlbin uzaqdan saçan gur işığı idi. Nə yaxşı ki, ulu Nəsiminin belə dəyərli varisləri, davamçıları vardır. O irsin, o külliyyatın yeri boş qalmamışdı. Nə qədər ki, şeiriyyət, ədəbiyyat var, belə boy artımı zərrə-zərrə davam edəcək. 650 il yox, lap əsrlər, qərinələr ötsə də, faciələrə baş əyməyən sözün əsas sütunları tələbkar oxucunun könlünü fəth edibdir...

Fədakarlığı ilə əfsanəyə çevrilən Nəsimi hələ min illərin sınağından çıxacaq, orta əsr qaranlıqlarını aydınlığa çevirəcək...

Mahir söz ustadı özündən sonra ərsəyə gələn ədəbiyyatın əsl qibləgahına çevrildi. Ona üz tutan şairlər, yazıçılar Nəsimi cəsarətindən ehtiyat edirdilər, böyük dahinin söz mülkində çox xırda və cılız görünə bilərdilər. Ona görə də böyük dahidən çəkinirdilər. Bu gün də böyük ədəbiyyatın cəfakeşləri Nəsiminin faciəvi ölümü qarşısında baş əyir, onun ənənələrini ləyaqətlə davam etdirməyə cəhd göstərirlər.

Hələ 50 il öncə Ulu Öndər Heydər Əliyev Nəsiminin 600 illik yubileyini UNESKO-nun tədbirlər siyahısına daxil etdirmişdir. Dünyaya göstərmişdi ki, Şərqin belə dəyərli söz korifeyləri var. Bu ənənə varisliklə, ardıcıllıqla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev də Nəsimi irsinə çox böyük qiymət verməklə sübut etdi ki, ədəbiyyat əbədi, yazıb-yaratmaq isə ağlın və qəlbin işığı, nur mənbəyidir. Və yaşadığımız ötən ili "Nəsimi ili” elan etdi.

Orta əsr ədəbiyyat tarixində Nəsimi ayrıca bir mərhələdir. Fədakarlığı ilə əfsanəyə çevrilən türk dünyasının qüdrətli söz ustadı təkcə bir əsrə yox, böyük bir zaman kəsiyinə dayaq ola bilib. Sözün bitib-tükənməyən "zəlzələ”sini yaradıb, neçə nəslin boy artımına işıq saçıb...

Deyirlər, Şamaxıda üç dəfə zəlzələ olub, birini orta əsrlərdə poeziyada Nəsimi yaradıb. O qədər təsirli olub ki, səsi-sorağı bu gün də səngimir. Davamı Sabirdən gəldi və XX əsri lərzəyə saldı. Sonuncunu təbiət törətdi. Biz hələ də diksinirik - təbiətin yaratdığı zəlzələyə yox, Nəsiminin, Sabirin söz dünyasının titrəyişlərinə...

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM