Alternative content

13:28 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
12:06 07.04.2020 Birjalarda neftin qiyməti
12:05 07.04.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölüm, yoxsa müdriklik rəmzi?
Ölüm, yoxsa müdriklik rəmzi?
ANA SƏHİFƏ / Elm və texnika
00:24 26.01.2020


Yunan mifologiyasında bayquş ağıl və qələbə rəmzi olub. Roma mədəniyyətində uğursuzluq və dağıntıların simvolu idi. Qədim Misirdə ölüm rəmzi sayılırdı. Şərqdə də fəlakət, bədbəxtlik simvolu kimi anlanılır. Avropada isə müdriklik rəmzi hesab olunur. Halbuki bu quşda fövqəltəbii heç bir qüvvə yoxdur.

Antarktikadan başqa bütün qitələrdə 200-ə qədər bayquş növü var. Onların ən böyüyü Avrasiya qartal bayquşu, ən balacası cırtdan bayquşudur. Qartal bayquşları ən güclü yırtıcı quşlardan biri olub hətta canavar, meymun və dəvəquşu balalarını belə ovlayırlar. Kiçik bayquş növləri böcəklərlə qidalanırlar.

Bayquşun bədəni 17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yapalaq bayquşun qanadının uzunluğu 2 m, çəkisi isə 2 kq-dan artıqdır. O, təkcə ölçüləri ilə deyil, səsi ilə də məşhurdur: məhz onun ulamasını xalq arasında qulyabanının qışqırtısına bənzədirlər.

Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə yaşayırlar.

Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyi üçün xeyirli quşlardır.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox fərqlidir.

Digər yırtıcı quşlar arasında bayquşlar ən qalın tüklərə sahibdirlər. Məsələn, qarlı bölgələrdə yaşayan bayquş növünün xüsusilə ayaqlarının üzəri olduqca qalın tüklərlə örtülüdür. Bayquşların lələkləri digər quşların lələklərindən çox fərqlidir. Lələyin üzü tam bitişmir, ucları isə saçaqlıdır. Tədqiqatlar göstərib ki, bu cür lələk quruluşu nəinki səsi, ultrasəsi belə boğur. Bu, çox vacibdir, çünki bir çox xırda gəmiricilər ultrasəsə qarşı həssas olurlar. Ona görə də bayquş öz qənimətinə gizlicə yaxınlaşır.

Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar gecə quşlarıdır. Bu səbəblə ov etmək üçün temperaturun aşağı olduğu gecələrdə hərəkətə keçirlər.

Eşitmə duyğuları olduqca inkişaf edən bayquşlar ovunun yer altında ən kiçik hərəkətini və ya yarpaqların arasında tərpənməsini belə eşidirlər. Səslərə qarşı olduqca həssas olan bu canlıların qulaqlarının ətrafında yerləşən tüklər səs dalğalarını bir növ tutaraq qulaqlara ötürür. Eşitmə seyvanları insanınkından daha genişdir.

Kəskin və iri gözləri uzağı çox yaxşı görmələrinə səbəb olsa da, yaxını bulanıq görürlər. Gözlərinin iri və kürəşəkilli olması onların gecə görməsini asanlaşdırır. Bayquşlar mavi rəngi görən tək quş növüdür. Boyun skelet quruluşu digər quşlardan fərqlənən bayquşlar başlarını 270 dərəcə fırlada bilirlər. Bu da onların gözlərinin ancaq qarşıya doğru baxa bilməsi ilə bağlıdır.

Bayquşun əyilmiş dimdiyinin ucu bıçağın ucu kimi iti olur. Pəncəsinin baş barmağı isə çox hərəkətlidir və silah kimi çox təsirlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM