26 Yanvar 2020 00:21
892
Səhiyyə
A- A+

Menyunuzu rəngarəng edin: FAYDASI İNANILMAZ OLACAQ


Elmi araşdırmalara əsasən məlum olub ki, müxtəlif rənglərdə olan meyvə və tərəvəzlərlə qidalanmaq insan orqanizmini bir çox xəstəliklərdən qoruyur.

Daxili xəstəliklər üzrə türkiyəli mütəxəssis Osman Erkin bildirib ki, başda xərçəng olmaqla ürək və şəkər xəstəlikləri də bu sıradadır. Professorun sözlərinə görə, təkbaşına heç bir qida insanı xərçəngdən qoruya bilmir, ancaq bu, doğru birləşmələrlə mümkündür. Boşqabımızdakı qidaların üçdə ikisini meyvə-tərəvəz, üçdə birini isə heyvan mənşəli məhsulların təşkil etməsi xərçəngdən qorunmanın ilk addımıdır. Mövsümündə yemək şərti ilə meyvə və tərəvəzlər xərçənglə mübarizə üçün zəngin qida qaynaqlarıdır. Onların tərkibində insan orqanizmi üçün vacib protein, karbohidrat, yağ, vitamin, mineral, lif, antioksidant və antikanserogen kimi bir çox qida maddəsi var. Həmçinin çox meyvə-tərəvəz yeyən xərçəng xəstələrinin də daha uzun yaşadığı sübut olunub. Xüsusilə turp, soğan, sarımsaq, moruq, böyürtkən, çiyələk güclü xərçəng "savaşçı”sıdır: "Eyni zamanda, menyuda fərqli və müxtəlif rəngli qidaların olması orqanizmin ehtiyacı olan makro və mikro qidaları almaq şansını artırır, antioksidant, vitamin, mineralla təmin edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video