Alternative content

07:14 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başladı
Azərbaycan komandası qış polosu yarışlarına qələbə ilə başladı
ANA SƏHİFƏ / İDMAN
00:19 26.01.2020


İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə dünya kuboku turniri davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) bildiriblər ki, Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə turnirdə ölkəmizi təmsil edən "Land of Fire” komandası avropalı tamaşaçılara polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirir.

Yanvarın 24-də ilk oyun günündə Azərbaycan idmançıları "Badrutt's Palace Hotel” komandası ilə qarşılaşıblar. Otuz altı illik tarixə malik qar üstündə dünya kubokunun 1985-ci ildən etibarən daimi iştirakçılarından olan, güclü heyətə malik "Badrutt's Palace Hotel” komandası idmançılarımızın müqavimətini dəf edə bilməyib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 8:4 hesabı ilə məğlub ediblər. Baş məşqçi Namiq Orucovun komandasının kapitanı Elçin Camallı qarşılaşmada xüsusilə fərqlənib. Digər oyunçular - Rəşad Həsənov, Əli Rzayev, Pato Bolanteiro, Aqustin Kronhaus, Santiaqo Marambio də qələbənin əldə olunmasına mühüm töhfə veriblər.

Günün digər qarşılaşmasında "St. Moritz” komandası 6:31/2 hesabı ilə "Mazetati” komandasına qalib gəlib.

Bu gün ikinci oyunda "St. Moritz” komandası ilə qarşılaşacaq komandamız bu görüşdə də qalib gələrsə, birbaşa finala yüksələcək.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM