Alternative content

05:20 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
ANA SƏHİFƏ / Mədəniyyət
14:27 25.01.2020

"Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, yanvarın 25-də qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Muzeylə tanış olan qonaqlara məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsimizin qorunub saxlanıldığı məkandır.

Muzeylə tanışlıq əvvəlcə "Azərbaycan incəsənəti” bölməsindən başlayıb. Onlar burada görkəmli şairlərin portretlərini çəkən Tahir Salahovun əsərləri, həmçinin Xalidə Səfərovanın yallı, Novruz bayramı kimi atributlarımızı əks etdirən rəsmlər, Mikayıl Abdullayevin "Hindistan anası”, "Rəssam Renato Qutuzzovun portreti”, "Pianoçu Fərhad Bədəlbəylinin məşqi”, Oqtay Sadıqzadənin "Şairə Xurşudbanu Natəvan”, "Bəstəkar Qara Qarayevin portreti”, "Dirijor Niyazinin portreti” və digər rəssamların əsərlərinə baxıblar.

Sonra konfrans iştirakçıları "Azərbaycan incəsənəti minilliklər boyu” bölməsində eramızdan əvvəl IV minillikdən başlamış eramızın XIX əsrinə qədər yaradılan eksponatlarla tanış olublar.

Burada müxtəlif qablar, dolça, fincan, küp, kasa, bədii nimçə, müxtəlif əsrlərə aid xalçalar, ərəb dilində yazılmış dua kitabları, atəşpərəstlik dövrünə aid döyüşçü dəbilqələri nümayiş olunur.

Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM