25 Yanvar 2020 14:21
483
SİYASƏT
A- A+

Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb


Pakistanın "National Herald Tribune” qəzetində və internet səhifəsində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllifi Riaz Əhməd Malik olan "Azərbaycandakı seçkilərin özünəməxsus xüsusiyyətləri” sərlövhəli məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman dünyasında ilk demokratik ölkə olduğu xatırladılır, müasir Azərbaycanın AXC dövründə əsası qoyulmuş demokratik normaları institutlaşdırdığı bildirilir.

Məqalədə 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkiləri üçün indiyədək yüzlərlə namizədin qeydiyyata alındığı qeyd olunur. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün namizədlərə bütün lazımi şəraitin yaradıldığı vurğulanır.

Müəllif bu seçki prosesinin ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə demokratik sistemin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırır.

Məqalədə, həmçinin seçkiləri müşahidə etmək üçün indiyə qədər iki minə yaxın yerli və xarici müşahidəçinin MSK-ya müraciət ünvanladığı, eyni zamanda, Komissiya tərəfindən Bakıda müstəqil media mərkəzinin təsis olunduğu vurğulanır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=21-01-20.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video